Tıxac probleminə YENİ ÇÖZÜM – Zəruri yerlərə 15 dəqiqəyə çata bilərsiniz

Ordubadın yenilənən baş planının əsas istiqamətlərindən biri də infrastrukturun müasirləşdirilməsidir. Bu çərçivədə yolların genişləndirilməsi, yeni ictimai nəqliyyat xətlərinin yaradılması və piyada əlçatanlığının artırılması xüsusi yer tutur.

Layihədə “15 dəqiqəlik şəhər” konsepsiyasının tətbiqi nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Bu rayonlar da tıxac problemi ilə ÜZLƏŞİB – Alternativ YOL ÇƏKİLİR? – FOTO


Bu yanaşmaya əsasən, şəhər sakinləri yaşadıqları ərazidən uzaqlaşmadan – maksimum 15 dəqiqəlik məsafədə alış-veriş, səhiyyə, təhsil, istirahət və digər əsas xidmətlərdən istifadə edə biləcəklər.

Layihəni icra edən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Wiest bu barədə bir sıra vacib məqamlara toxunub. Onun sözlərinə görə, planlamada əsas məqsədlərdən biri şəhərdə hərtərəfli əlçatanlığın təmin olunmasıdır: “Ən önəmli faktorlardan biri odur ki, insanlar yaşadıqları yerdə piyada istədikləri xidmətlərə çata bilsinlər.

Məhəllələrə, müxtəlif ərazilərə rahatlıqla, həmçinin velosipedlə hərəkət etmək mümkün olacaq. Layihədə yavaş hərəkət zolaqları (slow traffic lanes) da nəzərdə tutulur. Yeni ictimai nəqliyyat xətləri yaradılaraq həm şəhər daxilində, həm də dəmiryolu stansiyasına sərnişin axını təmin olunacaq. Bütün sistem bir-biri ilə əlaqəli şəkildə qurulacaq ki, insanlar yalnız avtomobildən istifadə etməyə məcbur qalmasınlar.”

Hazırlanan plan Ordubadda həm dayanıqlı şəhərsalmanın təmin olunmasına, həm də ekoloji baxımdan daha sağlam mühitin formalaşmasına töhfə verəcək.

Bəs belə layihələr mərkəzi şəhərlərdə niyə tətbiq edilmir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Arzuxan Əlizadə deyib ki, Ordubadın “15 dəqiqəlik şəhər” konsepsiyası təbii ki, təqdirəlayiq hadisədir:

“Belə layihələrin icrası ilk növbədə vətəndaş məmnunluğuna xidmət edir. Ona görə də belə layihələrin Bakı və digər mərkəzi şəhərlərdə də tətbiqi arzuolunandır. Təəssüflər olsun ki, zamanında şəhərsalmada yol verilmiş səhvlər bu gün mərkəzi şəhərlərimizdə ciddi problemlər yaradır.

Tıxaclar xüsusilə də Bakıda sosial bəlaya çevrilib. Bu gün hər kəs bu problemdən əziyyət çəkir. İnsanlar günün əhəmiyyətli hissəsini tıxaclarda, yollarda keçirirlər. Bu da çox ciddi narahatlıq yaradan amillərdən biridir. Hesab edirəm ki, “15 dəqiqəlik şəhər” konsepsiyasına bənzər layihələr Bakı və digər mərkəzi şəhərlərdə də həyata keçirilməlidir”.

Müsahibimiz hesab edir ki, bu cür layihələrdə xarici təcrübənin tətbiqi vacibdir:

“Çünki bir sıra xarici ölkələrdə tıxaclara qarşı çox effektiv mübarizə üsulları tətbiq edilir. Belə uğurlu layihələrdən seçim edilərək Bakıda da müəyyən işlər görmək olar. Çünki Bakıdakı tıxaclar bəzi hallarda idarə olunmur. Xaotik bir vəziyyət yaranır. Bu da həm iqtisadiyyata, həm də insanların sosial-psixoloji durumuna çox mənfi təsir göstərir. Ona görə də “15 dəqiqəlik şəhər” konsepsiyası təqdir edilməlidir və belə layihələrin paytaxtımıza gətirilməsi sürətlənməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

End of content

No more pages to load

RADİO