Mübariz İbrahimova həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı -FOTOLAR

Fevralın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən "Mübariz İbrahimov - vətənpərvərlik nümunəsi" mövzusundakı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

xa0

Modern.azxa0xəbər verir ki, müsabiqə Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi, jurnalist Şahin Sərdarlının təşəbbüsü ilə keçirilib. ADU-nun rektoru və professor-müəllim heyəti də şəxsi təşəbbüsləri ilə müsabiqəyə dəstək veriblər.

Tədbirdə ziyalılar, görkəmli ictimai-siyasi xadimlər iştirak edib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Mübariz İbrahimovun dəfn mərasimində çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra ADU-nun rektoru, münsiflər heyətinin sədri akademik Kamal Abdulla Prezidentin qəlbdən gələn sözlərinin hamının ürəyində yaşadığını deyib. Vətənpərvərliyin təbliği istiqamətində keçirilmiş müsabiqəni yüksək qiymətləndirən rektor Mübariz və onun kimi qəhrəmanların “Təki Vətən sağ olsun” deyərək düşmənin üzərinə yeridiklərini söyləyib. K.Abdulla Vətən uğrunda canından keçən gənclərin qəhrəmanlıq dastanlarını xatırlatdığını deyib. xa0İnsan üçün onun həyatının əziz olduğunu deyən rektor dərk edərək ölümünə qarşı getməyin ölməzlik olduğunu bildirib. K.Abdulla yaxın gələcəkdə doğma torpaqlarımızın azad olacağı günün qeyd ediləcəyinə inam hissini ifadə edib.

Daha sonra müsabiqənin münsiflər heyətində təmsil olunan jurnalist, filosof İlham Tumas, o cümlədən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov müsabiqənin təşkilini yüksək qiymətləndiriblər və əməyi keçən şəxslərə təşəkkürlərini bildiriblər. xa0xa0

Layihə rəhbəri Azərbaycan Dillər Universitetinin tələbəsi və əməkdaşı, jurnalist Şahin Sərdarlı Mübarizin Azərbaycan gənclərinə nümunə olduğunu bildirib. O, qeyd edib ki, əziz şəhidlərimizin adlarını uca tutmaq, onları öz canımızdan da çox qorumaq hər bir gəncin mənəvi borcudur. Bu gün dövlətimizin şəhid ailələrini daim diqqətdə saxladığını, cənab prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək ehtiram göstərdiklərini vurğulayıb.

Qeyd edək ki, müsabiqədə 300 nəfərə yaxın şəxs iştirak edib. Müsabiqəyə tələbələr, müəllimlər, məktəb direktorları, o cümlədən ölkəmizin 25-ə yaxın rayonunun təhsil müəssisələrindən şagirdlər də qatılıb.

İştirakçılar arasından 1 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə, 3 nəfər 3-cü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Qaliblərə diplom və pul mükafatı təqdim olunub. Qaliblər müsabiqə haqqında təəssüratlarını bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO