Xaçmazda QALMAQAL – DİM-in bölmə rəhbərinin səhvinə görə abituriyent imtahandan KƏNARDA QALDI– FOTOFAKT

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ikinci şans imtahanında iştirak etmək istəyən abituriyent ciddi problemlə qarşılaşıb. Söhbət Xaçmaz rayonunun Hacıqazma kənd sakini Aytən Ələddin qızı Talıbovadan gedir.

Valideynin iddiasına görə, bütün prosedurlar düzgün yerinə yetirilsə də, DİM-in səhlənkarlığı nəticəsində abituriyent buraxılış vərəqəsi ala bilməyib və imtahanda iştirak hüququndan məhrum edilib.

Məsələ ilə bağlı Bizim.Media-ya abituriyentin atası Ələddin Talıbov müraciət edərək yaşadıqları çətinliyi bölüşüb. Onun sözlərinə görə, qızının ikinci qəbul imtahanına qeydiyyatı üçün DİM-in Xaçmaz Regional bölməsinə müraciət edib və bu proses üçün kömək istəyib. Regional bölmənin müdiri Faiq Nadirsoy vətəndaşın özünə yaxınlaşaraq “gəlin, sizi mən yola salım” deyib:

“Faiq müəllim mənə kod verdi və “poçt şöbəsinə ödəniş edib, sonra yaxınlaşın” dedi. Mən də ödənişi edib qəbzi ona təqdim etdim. Dedi ki, qəbzə ehtiyac yoxdur, sistemdə görünür. Bir vərəqə çıxarıb verdi və qeydiyyatın aparıldığını bildirdi. Biz də evə qayıtdıq və gözlədik. Ötən gün qızım şəxsi kabinetinə daxil olanda orada heç bir məlumat yox idi”.

Valideyn vəziyyəti aydınlaşdırmaq üçün yenidən DİM-in Xaçmaz bölməsinə üz tutub. Lakin bu dəfə ona verilən cavab, sözün əsl mənasında, şok effekti yaradıb. Qızının sitemdə adının olmadığını deyən DİM rəsmisi ona köhnə vərəqə verdiyini də etiraf edib:

“Deyirəm ona ki, bu vərəqi siz vermisiz mənə... Deyir, ola bilsin ki, səhv vermişəm. Anlamıram, bir nəfərin səhvi ucbatından qızımın taleyi heçə sayılmalıdır? Üstəlik deyir ki, bizim borcumuz deyil, özünüz qeydiyyatdan keçirməliydiz. Mənim övladım bir aydı əlavə hazırlıqlara gedirdi.
 

Birinci imtahanda 307 bal toplayıb, ikinci şansında da yararlanmaq istəyirdi. Ayın 6-sı imtahandı və qızım o sınaqda iştirak hüququndan məhrum olub. Axı mən bu işi onun göstərişi ilə etdim. İndi buna kim cavabdehdir?- deyə Ələddin Talıbov gileylənib.


Ələddin Talıbov qeyd edir ki, qızı ilk qəbul imtahanında 307 bal toplayıb və ikinci şans imtahanında daha yüksək nəticə əldə etmək üçün bir aydır əlavə hazırlıqlara qatılıb. Lakin qeydiyyat sisteminə düşmədiyi üçün 6 iyulda keçiriləcək imtahanda iştirak hüququnu itirib:

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, vətəndaşın müraciəti araşdırılması üçün müvafiq şöbəyə yönləndirilib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Polkovnik vəfat etdi - FOTO

Polkovnik vəfat etdi - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

Bakıda küçələr YUYULDU - FOTO

Bakıda küçələr YUYULDU - FOTO

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Türkiyədə çağırışa gedən polis güllələndi

Türkiyədə çağırışa gedən polis güllələndi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

F-16 eniş zamanı alovlandı – VİDEO

F-16 eniş zamanı alovlandı – VİDEO

End of content

No more pages to load

RADİO