“Qızılqum” qaçqınlarından MÜRACİƏT – “Xahiş edirik, bizi xilas edin” - VİDEO

Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” sanatoriyasında məskunlaşan məcburi köçkünlərin bir hissəsinin köçürülmədiyini xəbər vermişdik. Xüsusilə birotaqlı mənzillərdə Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı və digər işğal edilən rayonlarımızdan olan 12 ailənin hələ də uçulub-dağılmış və xarabalığa çevrilmiş binada yaşayamaq məcburiyyətində qaldığını qeyd etmişdik. Həmin ailələr yenidən etiraz edərək, köçürülmə ilə bağlı prosesin sürətlənməsini tələb ediblər. Onların arasında şəhid ailələri də var.

“Məsuliyyəti öz üzərinə götürən yoxdur”
 

MÖVZU İLƏ BAĞLI:

Bərdə və Tərtər icra hakimiyyətlərinin sümürdüyü milyonlar – QUM BİZNESİ  


Bizim.Media-ya şikayətlənən köçkünlər binada insanın yaşaması üçün heç bir şəraitin olmadığını və hər an hansısa faciə baş verə biləcəyindən ehtiyatlandıqlarını söyləyiblər:

“Bura sanki bir cəhənnəmdir, xəstəlik və cinayət ocağıdır. Evlərin işıqları günün günorta çağı kəsilib aparılır. Hansı ki, bu dağıntıya insanlar ordan  köçürülərkən yerli icra hakimiyyətinin, Qaçqınkomun göstərişi ilə  başlanıb. Guya bu ona görə edilirdi ki, gedənlər dönməsin. Şahidiyik ki, insanlar köçüb getmədən qaldıqları evlərinin qapılarının necə sındırılmasına baxıb ağlayırdılar. Qaçqınların suyu, kanalizasiya və işıq xətləri, binanın fasadı, pilləkənləri dağıdılıb, daşları, taxtaları, dəmirləri kəsilib satılır. Biz bu barədə 1 aydan çoxdur ki, sanatoriyanın müdiri, komendantı, ərazinin polisi, eləcə də Qaçqınkomun bu əraziyə baxan rəsmilərinə, ərazi üzrə millət vəkillərinə bildirmişik. Amma heç biri dəqiq söz demir, məsuliyyəti öz üzərinə götürən yoxdur”. 

“Gözləyin, deyirlər...”

Şikayətçilərin dediyinə görə ölkə başçısı İlham Əliyevin “Qızılqum”dakı qaçqınların köçürülməsi ilə bağlı verdiyi sərəncam məmurlar tərəfindən yarımçıq həyata keçirilib:
 

“Bizlə görüşə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, yaxud digər aidiyyatı orqanlar iddia edirlər ki, "birotaqlı mənzil yoxdur", "mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib, onlar verməlidir", "səbrli olun, gözləyin" deyirlər.  Sanki heç kəs vəziyyətin nə dərəcədə ağır olduğunun fərqində deyil”.


Bu gün "Qızılqum Sanatoriyası" demək olar ki, zibilxanaya çevrilib. Azərbaycan dövləti şanlı qələbədən sonra ölkədə böyük bərpa işlərinə başlayıb. Dövlətimiz keçmiş qaçqınlara ermənilərin dağıtdığı, viran qoyduğu o yerlərə gedib ağır şəraitdə yaşamasını rəva görmədiyi halda, öz insanına sahib çıxıb onun hüquqlarını qoruyub hörmət etdiyi halda, Bakının bir kəndində, bir neçə ailənin hələ də dağıdılmış, üfunət saçan bir məkanda saxlanması heç bir ağıla sığmır”.  

“Yeni yaşayış azad edilmiş yerlərdə tikiləcək”

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi saytımıza açıqlamasında 12 ailənin yaxın günlərdə yeni mənzillə təmin ediləcəklərini bildirmişdi.

Qurum Komitənin mənzil fondunda boş yaşayış sahələrinin olmadığını, məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcəyini qeyd etmişdi: 
 

“Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ən ağır vəziyyətdə və adıçəkilən yataqxanada müvəqqəti məskunlaşmış köçkünlər yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, deyə qurumdan bildirilmişdi. 

 

Müraciət...

Qeyd edək ki, “Qızılqum” sanatoriyasında yaşayan və hələ də köçürülməyən 12 ailə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də Sabunçu Rayon İcra Hakimiyyətinə şikayətlərinə baxılması üçün müraciət ediblər.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

“Facebook” və “Instagram” ÇÖKDÜ

“Facebook” və “Instagram” ÇÖKDÜ

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Bakıda qadın evində ölü tapıldı

Bakıda qadın evində ölü tapıldı

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

AMB ötən il 3 bankı cərimələyib

AMB ötən il 3 bankı cərimələyib

Metroda itən əşyaların aqibəti necə olur?

Metroda itən əşyaların aqibəti necə olur?

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Subsidiyalar bəzi hallarda təyinatından kənar xərclərə yönəldilib - Hesablama Palatası

Subsidiyalar bəzi hallarda təyinatından kənar xərclərə yönəldilib - Hesablama Palatası

End of content

No more pages to load

RADİO