Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda məktəblərin sayı azalıb. Rəsmi statistikaya görə, 2023-2024-cü tədris ilinin əvvəlində ölkədə 4 388 məktəb fəaliyyət göstərirdisə, 2024-2025-ci ildə bu göstərici 4 324-ə bərabər olub.

Yəni bir il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb. Rayonlar üzrə təhlillər göstərir ki, bəzi bölgələrdə məktəblərin fəaliyyətinin dayandırılması daha çox müşahidə olunub. Lerik rayonunda doqquz, Ağsu rayonunda səkkiz, Quba rayonunda yeddi məktəb bağlanıb. Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında dörd, Şamaxı, Şəmkir və Balakən rayonlarının hər birində üç məktəb fəaliyyətini dayandırıb. Məktəblərin bağlanmasının əksəriyyəti ibtidai təhsil pilləsində baş verib.

Əgər 2023-2024-cü tədris ilində ölkə üzrə 292 ibtidai məktəb fəaliyyət göstərirdisə, bu il onların sayı 245-ə enib. Deməli, cəmi bir il ərzində 47 ibtidai məktəb fəaliyyətini dayandırıb.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Məktəblərin hər birinə fərdi qaydada yanaşılır"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Mehriban Vəliyeva bildirir ki, rasionallaşdırılmaya təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılır:

"Vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. Müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır.

Məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də, daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır. Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib. Ümumiyyətlə, rasionallaşdırılmaya təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilir".

"Daha 130 məktəblə bağlı qərar veriləcək"

Millət vəkilinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılmasında əhalinin artan dinamikası, coğrafi əlverişlilik, infrastruktur, ən yaxın məktəbə qədər məsafə, şagird və müəllim sayı, siniflərin komplektləşdirilməsi və digər meyarlar nəzərə alınır:

"2024-cü il üzrə 147 müəssisə rasionallaşıb. 2025-ci ildə 130-a qədər təhsil müəssisəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur".

"Proses davamlı olacaq"

Əməkdar müəllim Asif Cahangirov deyir ki, Azərbaycanda şagird sayı 30-dan az olan xeyli məktəb mövcuddur. Mütəxəssis hesab edir ki, həmin məktəblərin fəaliyyətini dayandırması qaçılmaz olacaq:

"Onların saxlanılması məqsədəmüvafiq deyil. Çünki kifayət qədər vəsait sərf olunur. Eyni zamanda, bu məktəblərdə əsasən, pedaqoji bacarıqları zəif müəllimlər çalışırlar. Yüksək bilik və bacarıqlara malik müəllimlər aşağı əməkhaqqı olan məktəbləri seçmirlər. Ona görə belə məktəblərdə rasionallaşdırma mütləq getməlidir və bu proses davamlı olacaq".

"Məktəblilər üçün xüsusi avtobuslar ayrılmalıdır"

Asif Cahangirovun fikrincə, rasionallaşdırma prosesində bir sıra məqamlar mütləq nəzərə alınmalıdır:

"Qənaət edilmiş vəsait təhsilin inkişafına, xüsusilə müəllimlərin əməkhaqqının artırılmasına yönəldilməlidir. Qərar qəbul edilərkən bütün infrastruktur problemləri həll olunmalıdır. İlk növbədə nəqliyyat məsələsinə diqqət yetirilməlidir, yollar şagirdlərin məktəbə gedib-gəlməsi üçün təhlükəsiz olmalıdır. Mən bu təcrübəni Polşada öyrənmişəm. Özüm də məktəbliləri daşıyan xüsusi avtobusu müşayiət etmişəm. Həmin avtobus bir neçə kənddən uşaqları məktəbə daşıyırdı. Beynəlxalq tələb budur ki, həmin avtobusların sürücüləri xüsusi hazırlıqdan keçməlidirlər. Avtobusda mütləq müşahidəçi müəllim olmalı, şagirdlərin daşınma qaydalarına riayət edilməlidir".

"Məktəblərin bağlanması bir ocağın, məbədin itməsi deməkdir"

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə məktəblərin bağlanmasına həssaslıqla yanaşmağı tövsiyə edir. Onun sözlərinə görə, məktəblərin sayında baş verən azalma cəmiyyət qarşısında yeni vəzifələr qoyur:

"Biz bu məsələnin üzərindən səssizcə keçməməliyik. Bu prosesin sosial və psixoloji aspektləri nəzərə alınmalıdır. Bu, yalnız təhsil məsələsi deyil, həm də sosial, iqtisadi və demoqrafik problemlər yarada bilər. Məktəblərin bağlanması bir ocağın, məbədin itməsi deməkdir. Sovet dövründə bu məktəblər təsadüfən tikilməmişdi. Bir sinifdə 30-35 uşaq eyni anda təhsil alırdı. Müəllim azlığı yox, sinif çatışmazlığı vardı. Amma indi mənzərə başqadır. Əslində Elm və Təhsil Nazirliyi bu vəziyyətlə bağlı həyəcan təbili çalmalıdır. Əgər biz məktəbləri səssizcə bağlasaq, təkcə məktəblər deyil, bütöv kəndlər boş qala bilər".

Şagirdlərin yaş qrupu nəzərə alınmalıdır

Təhsil eksperti Elçin Əfəndi bildirir ki, ümumtəhsil məktəblərində şagird sayı ilə bağlı ciddi disbalans müşahidə olunur:

"Hazırda orta təhsil müəssisələrində bir milyon 600 min şagird təhsil alır. Elə məktəblər var, ümumi şagird sayı 20-yə çatmır. Belə olduğu halda, əlbəttə, tədbir görülməlidir. Bu baxımdan proses növbəti illərdə də davam edəcək".

Ekspert vurğulayır ki, məktəblərin bağlanması zamanı ilk növbədə nəqliyyat məsələsinin həlli vacibdir:

"Çünki kəndlər, məktəblər bir-birindən xeyli aralı ola bilir. Nəqliyyat məsələsi həllini taparsa, məktəbləri birləşdirmək problem yaratmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO