“Arif Alışanov 70 milyonluq əmlakı necə əldə edib?” – Keçmiş sədrin həbs etdirdiyi şəxsin qızı

Sabah Sumqayıt Apellyasiya Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilmiş Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun şikayətinə baxılacaq.

Xatırladaq ki, təqsirləndirilən şəxslər A.Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunublar.

Ötən il iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əkbərov 18 il, Z.Şirinov 16 il, Q.Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, medianın gündəmində olan sözügedən məhkəmə prosesi qalmaqallarla, qarşılıqlı ittihamlarla yadda qalıb. Təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov bütün ittihamların saxta olduğunu, Arif Alışanovun ona böhtan atdığını bildirib, AzTV-nin keçmiş sədrini müxtəlif cinayət əməllərində ittiham edib.

Dünən Ş.Əkbərovun qızı Cəmilə Tağıyeva media vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət edərək, atasının pozulmuş hüquqlarının bərpa olunmasına yardım etməyi xahiş edib. Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

AzTV-nin keçmiş sədri Arif Alışanovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamınız onun tərəfindən zülmlərə məruz qalmış ailə kimi bizi çox sevindirdi. Ailəmiz A.Alışanovun qanunsuz əməlləri ucbatından çöllərdə qalıb. Atam onun böhtan dolu iddiası əsasında həbs olunub, daşınar və daşınmaz əmlakımız, heyvanlarımız, təsərrüfat avadanlıqlarımız əlimizdən zorla, hədə-qorxu gəlinərək, əvəzsiz olaraq alınaraq Alışanovun yaxın qohumlarının mülkiyyətinə verilib.

Arif Alışanov vəzifəsindən sui-istifadə edərək, dövlət əmlakını talayıb. Belə faktları ört-basdır etmək məqsədilə atam Şücayət Əkbərovu şərləyib həbs etdirib. O, atamı tutdurmaq üçün min bir yola baş vuraraq, istintaq, məhkəmə orqanlarını məharətlə aldatmağa nail olub. İstintaq orqanı ibtidai istintaqı yekunlaşdırmadan, daşınar və daşınmaz əmlakımızı törədildiyi ehtimal edilən cinayət yolu ilə əldə edilən pulla alındığını müəyyən etmədən Alışanovun mülkiyyətinə verib.

Bu az imiş kimi, atamdan dəyən zərər kimi 5 milyon manat alınaraq Arif Alışanova verilməsi tələb edilir. AzTV-nin keçmiş sədri kimi 1800-2000 manat maaş almış Alışanov bu qədər əmlakı necə əldə edə bilərdi?

Daha sonra cinayət işindəki materiallarla tam təsdiq olunur ki, Alışanovun Xızıda, Bakıda, Sabirabadda, Qubada və Şamaxıda təxminən 70 milyon manat dəyərində əmlakı var. Əsaslı şübhələrimiz var ki, bu əmlaklar, var-dövlət büdcədən oğurlanmış pullarla əldə edilib”.

Müraciət müəllifi Prezident İlham Əliyevdən pozulmuş hüquqlarının bərpa olunmasına yardım etməyi, Arif Alışanovun törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunmasını xahiş edib.(Strateq.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İllər sonra Bakıdadır — VİDEO

İllər sonra Bakıdadır — VİDEO

Kral Bukinqem sarayını TƏRK EDİR

Kral Bukinqem sarayını TƏRK EDİR

Azanı qadağan etməyə hazırlaşırlar

Azanı qadağan etməyə hazırlaşırlar

GÜNÜN HAVASI: Leysan, dolu...

GÜNÜN HAVASI: Leysan, dolu...

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

End of content

No more pages to load

RADİO