ADNSU-nun növbəti beynəlxalq uğuru: Universitet QS reytinqində dünyada 851–900-cü mövqedə qərarlaşıb – FOTO

İyunun 19-da dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralaması açıqlanıb. 

Bizim.Media xəbər verir ki, nəticələrə əsasən, “QS Dünya Universitetləri Reytinqi 2026”-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb.

Qeyd edək ki, QS-nin 2025-ci il üçün açıqladığı reytinqdə ADNSU 1001–1200-cü sıralarda qərarlaşmışdı.

Builki irəliləyiş əsasən universitetin tədris keyfiyyətinin və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlıdır.
 

Reytinq göstəricilərinin təhlili göstərir ki, ADNSU xüsusilə tədrisin keyfiyyətinə görə (tələbələrə dəstək, tələbə-müəllim münasibətinə görə) yüksək nəticə əldə edib. Belə ki, universitet bu göstəricidə 73.3 bal toplayaraq tələbələrə göstərilən akademik dəstəyin və tədris prosesinin yüksək səviyyədə olduğunu sübut edib.


Bundan əlavə, əcnəbi müəllim heyəti üzrə göstərici 46.8 bal, məzunların işlə təminatı üzrə göstərici isə 45.0 bal olub. Bu, ADNSU-nun beynəlxalq əmək bazarına inteqrasiya olunmuş məzunlar yetişdirdiyini və akademik heyətinin qlobal rəqabətə uyğunluğunu təsdiqləyir.

Bu nailiyyət təkcə ADNSU üçün deyil, bütövlükdə Azərbaycanın ali təhsil sistemi üçün də əlamətdar hadisədir.

Belə ki, “QS Dünya Universitetləri Reytinqi 2026”da Azərbaycanın ümumilikdə 9 universiteti yer alıb.

Bu isə əvvəlki illə müqayisədə 3 dəfə artım deməkdir. ADNSU bu reytinqdə ölkə üzrə 3-cü yeri paylaşaraq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas ali təhsil müəssisələrindən biri kimi çıxış edir.
 

QS-in regional direktoru Sergey Xristolyubov da qeyd edib ki, Azərbaycanın ali təhsil sistemi bu nəticələrlə Cənubi Qafqaz regionunda lider mövqeyini bir daha təsdiqləyib.


ADNSU isə bu uğurun ayrılmaz tərkib hissəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı, müasir və strateji ali təhsil müəssisəsi statusunu bir daha sübut edib.

Onu da qeyd edək ki, QS Dünya Universitetləri Reytinqi üçün bu il 106 ölkədən 8467 universitet müraciət edib. Onlardan 2026-cı il reytinqində 1501 universitet yer alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO