Məhsul bol, qiymətlər yüksək - bu yay meyvə-tərəvəz niyə ucuzlaşmır?

Yay ayları təkcə istirahət və dəniz mövsümü ilə yox, eyni zamanda məhsulların bolluğu ilə əlamətdar olur. Ənənəvi olaraq bu fəsildə meyvə-tərəvəzlərin qiymətləri enir, bazarlarda canlanma yaşanır. Amma bu il tablo bir qədər fərqlidir.

Mövsümün ilk ayı artıq yarı olub. Lakin Bakı və ətraf ərazilərdə yerləşən bazarlarda, marketlərdə müşahidə olunan qiymətlər alıcıları sevindirmir. Alça, gilas, ərik, çiyələk, şaftalı kimi mövsüm meyvələri bazarda boldur. Təkcə bazarlarda yox, yaşayış məntəqələrinin həyətlərində, yol kənarlarında yeşiklərlə istehlakçılara məhsullar təklif olunur, ancaq bu bolluğa baxmayaraq, qiymət baxımından ucuzlaşma hiss olunmur.

Əksinə, ötən illə müqayisədə bəzi məhsullarda qiymət 20-30% arasında artıb.

Normalda məhsul bolluğu bazarda təklifi artırdığı üçün qiymətləri aşağı salmalı idi. İqtisadi qanunlara görə, tələb sabit qalarsa, təklifin artması qiymətlərin enməsi ilə nəticələnməlidir. Bu, müşahidə olunur. Xüsusilə də supermarketlərdə qiymətlərin bazarlara nisbətən 2-3 dəfə baha olması istehlakçının narazılığına səbəb olur.

Bəzi satıcılar məhsulu vaxtında sata bilmədikləri üçün tonlarla meyvə və tərəvəzi ya ucuz qiymətə verməyə məcbur qalır, ya da tamamilə xarab olduğuna görə zibil qutularına atırlar.

Alıcının cibinə uyğun qiymət tapmaq çətinləşdikcə, məhsul tarladan süfrəyə çatmamış israf olur.

Supermarketlərin meyvə-tərəvəz bölməsində qiymətlər, demək olar ki, mövsümi dəyişikliklərə o qədər də reaksiya vermir. Burada əsas səbəblərdən biri logistik zəncirdəki ara mərhələlərin çoxluğu və qiymətə əlavə olunan xidmət xərcləridir. Digər səbəb isə bazar rəqabətinin zəif olmasıdır - iri supermarket şəbəkələri qiymətləri uzun müddət sabit və yüksək səviyyədə saxlamaq imkanına malikdirlər.

Kənd təsərrüfatı üzrə ekspertlər hesab edirlər ki, qiymətlərin hələ bir müddət yüksək qalması mümkündür. Əsas səbəb kimi daşınma xərcləri, qablaşdırma, soyuducu anbar ehtiyacları və bazarlardakı qeyri-şəffaf qiymət formalaşması göstərilir. Bununla yanaşı, bəzi hallarda məhsul yığımının pik həddə çatmaması, ixracın artırılması kimi faktorlar da daxili bazarda qiymətləri tənzimləyir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a danışıb:

“Keçən il benzin və dizel yanacağı bahalaşdı. Nəticədə meyvə-tərəvəzin daşınma xərcləri də artdı. Digər tərəfdən, Tarif Şurası bu ilin yanvar ayında işığın, qazın qiymətində dəyişiklik etdi və 20-25 faiz artım oldu. Bütün bunlar öz növbəsində meyvələrin saxlanmasına, yetişdirilməsinə öz təsirini göstərdi. İstixanalarda pomidor yetişdirmək üçün sadaladığım enerjidən istifadə olunur.

İndi bazarda satılan pomidorun əksəriyyəti də istixanalarda gətirilir. Açıq sahə pomidoru hələ iyul ayından bazarlara gətiriləcək.

İstixana tərəvəz yetişdirmək üçün isitmə və işıqlandırma lazımdır. Qazın, işığın qiyməti qalxandan sonra, əlbəttə ki, bu, məhsulun qiymətində də öz sözünü deyəcək.

Həmçinin bu il minimum əməkhaqları 15 faiz artdı. Bu əhaliyə müsbət təsir göstərsə də, sahibkarların xərcini artırdı. Çünki son 3-4 ayda orta aylıq əməkhaqqı 10 faiz artdı. Beləliklə, sahibkarın xərci əvvəlki dövrlə müqayisədə çoxalır. Daşıma, yetişdirmə, satış qiymətləri zəncirvari şəkildə dəyişir. Bunlar qiymətlərin ötənilki kimi olmasına imkan vermir. Məhsul o zaman ucuz ola bilər ki, sahibkar onu sata bilməsin və ziyana getməsin deyə dəyər-dəyməzə versin. Amma bu, mütəmadi ola bilməz.

Meyvə-tərəvəz kütləvi satış dövründə, yəni açıq sahələrdə yetişdikdən sonra ucuzlaşacaq. Həmçinin yayda istixanaların da xərci az olur. Bu da qiymətləri aşağı salacaq. Ümumilikdə isə ötən illə müqayisədə qiymətlər aşağı olmayacaq. Çünki sahibkarın xərci artıb. Sadəcə olaraq, nisbətən enmələr müşahidə olunacaq".

Qeyd edək ki, bazarlarda pomidorun qiyməti 1 manatdan başlayır. Daha dadlı pomidorun kilosunu 1 manat 50 qəpiyə də almaq olar. Xiyarın minimal qiyməti isə 70 qəpikdir. Badımcan 1 manata, 1 manat 50 qəpiyə, lobya isə 2 manata təklif olunur.
 

Meyvələrdən gilas 4-6-8 və daha baha qiymətə satılır. Çiyələyin qiymətində enmələr müşahidə olunur. Bir həftə öncə çiyələk 4 manat 50 qəpiyə satılırdısa, hazırda 2 manat 50 qəpiyə almaq mümkündür. Bazara təzə alma da gəlib, kilosu 1 manata satılır. Meyvələr içərisində ən bahalılardan biri də ərikdir. Növündən asılı olaraq 2 manat 50 qəpik və 3 manata satılır. Şəhərin bəzi yerlərində əriyi 1 manat 50 qəpiyə təklif edirlər. Şaftalının nisbətən cır növünü 1 manat 50 qəpiyə almaq mümkündür.



Bu il havaların uzun müddət sərin keçməsi, yağıntılar, dolu və güclü küləklər də qiymətə öz təsirini göstərib. Havaların sərin keçməsi meyvə və tərəvəzin açıq sahələrdə yetişməsini gecikdirib.

İstehlakçılara tövsiyə olunur ki, meyvə-tərəvəz alarkən yalnız supermarketlərlə kifayətlənməsinlər. Yerli kənd təsərrüfatı yarmarkaları, birbaşa fermer satışları və ucuz bazarlarda da qiymətləri müqayisə etsinlər. Həmçinin məhsulu təkcə görünüşə görə deyil, keyfiyyətinə və saxlanma müddətinə görə də seçmək vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO