BİZİM TƏQVİM:20 iyunda baş vermiş tarixi hadisələr

20 iyun Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar 2006-cı il iyunun 12-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 20-si respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bəs, iyunun 20-də dünyada daha hansı hadisələr baş verib?

1. 404-cü ildə Ayasofya kilsəsi iğtişaşlar zamanı yandırılıb. Sonradan Bizans imperatoru Teodosius kilsəni yenidən bərpa etdirərək ibadətə açıb.

2. 20 iyun 1747-ci ildə Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir sonuncu Səfəvi hökmdarı III Şah Abbasın ordu komandanı olub. 1736-cı ildə III Şah Abbasın ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyib. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğurub. Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu imperatorluq ölümündən sonra dağılıb.

3. 1840-cı ilin bu günündə tanınmış ixtiraçı Samuel Morze teleqrafı patentləşdirib.

4. 20 iyun 1895-ci ildə Baltik və Şimal dənizlərini birləşdirən Kil kanalı istifadəyə verilib.

Uzunluğu 98 kilometr, eni 100 metrdən artıq, dərinliyi 11 metr olan, 8 il müddətinə çəkilən bu kanal Avropanın ən böyük dəniz yollarından biridir. 

5. 1947-ci il 20 iyunda Amerika Birləşmiş Ştatlarında Mərkəzi Kəşfiyyat İdarəsi yaradıldı. Xarici dövlətlərə dair leqal və qeyri-leqal yollarla alınmış məlumatlar əsasında ABŞ-ın ali rəhbərliyinə informasiya verən bu idarə dünyanın ən geniş kəşfiyyat şəbəkələrindən biridir.

6. Kipr türklərini yunanların zorakılığından qorumaq məqsədilə Türkiyə 1974-cü il iyunun 20-də bu adaya desant çıxartdı. Sonradan davam edən qarşıdurmalar nəticəsində Kipr 2 yerə - yunan (Cənubi Kipr) və türk (Qıbrız – Şimali Kipr Türk Respublikası) hissələrinə ayrıldı.

7. Türkiyənin Avstriya Səfirliyinin Çalışma (Əmək) Xidməti attaşesi Ərdoğan Özen 20 iyun 1984-cü ildə erməni terror təşkilatı ASALA-nın onun avtomobilinə yerləşdirdiyi bombanın partlaması nəticəsində həlak oldu.

8. 20 iyun Özbəkistanın dövlət müstəqilliyi günüdür (1991).

9. 2001-ci ildə BMT Baş Assambleyasının qərarı ilə 20 iyunun Ümumdünya Qaçqınlar Günü kimi qeyd etmək haqqında qətnamə qəbul edildi.

10.  20 iyun 2009-cu ildə İraq türkmənlərinin yaşadığı Tazehurmatu qəsəbəsində terror təşkilatı DAEŞ-in (İŞİD) məscidə bombalı hücumu zamanı 70-dən çox adam həyatını itirdi.
 

11. 20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.


20 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın görkəmli səhnə ustası Əli Qurbanov 1898-ci ilin bu günü dünyaya gəlib. 150-dən çox səhnə obrazı yaradan, oyunlarında realizm və milli kolorit səciyyəvi cəhətlər olan Əli Qubanov Cəfər Cabbarlının tamaşaya qoyulmuş aparıcı surətlərinin ən yaxşı ifaçılarından sayılır (1898-1962).

2. Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirov 1921-ci il 20 iyunda Bakının Balaxanı kəndində anadan olub. Cahangir Cahangirovun yaradıcılığında xor musiqisi xüsusi yer tutur. O həm də bir-birindən gözəl mahnıların müəllifidir. “Yenilməz batalyon”, “Dəli Kür”, “Koroğlu”, “Dağlarda döyüş” kinofilmlərinin musiqiləri də ona aiddir (1921-1992).

3. Teatr və kino aktyoru, Xalq artisti Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə dünyaya gəlib.

4. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmindən Asya obrazı ilə tanınan Azərbaycan səhnə ustası Rəhilə Məlikova 1923-cü ilin bu günü dünyaya gəlib (1923-1996).

5. Tanınmış ədəbiyyatşünas, professor Nazim Axundov 1924-cü il iyunun 20-də Qarabağın mərkəzi Şuşada anadan olub. “Molla Nəsrəddin” jurnalı tarixinin tədqiqi” mövzusunda namizədlik, “Azərbaycan satira jurnalları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.  

6. 20 iyun Azərbaycan Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirə günüdür. Gültəkin Əsgərova 1992-ci ilin bu günü Aranzəmin – Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə həlak olub (1960-1992).

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO