“Varfarin” qıtlığı ÖLÜMƏ aparır – Səhiyyə Nazirliyi niyə minlərlə xəstəni RİSKƏ ATIR?

Xəbər verdiyimiz kimi, aylardır ki,  apteklərdə “Varfarin” adlı dərman preparatı ilə bağlı ciddi qıtlıq müşahidə olunur. Qiyməti o qədər də baha olmayan bu dərmanın bazarda alternativi yoxdur. Buna baxmayaraq rəsmi qurum tərəfindən hələ də hərəkətlənmə yoxdur.
 

Bir sözlə ürək xəstəliyi olan minlərlə insan üçün həyati əhəmiyyət daşıyan bu dərmanın ölkəyə idxalı müşkülə çevrilib. Nə sirrdirsə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Varfarin”i ölkəyə idxalın imkan yaratmır. Bəsit səbəb üzündən zavod da çıxılmaz durumda qalıb.


Məlumat üçün bildirək ki, “Varfarin” – ürəyində klapan əməliyyatı keçirmiş və ya qan laxtalanmasının qarşısını almaq məqsədilə gündəlik istifadəsi lazım olan dərmandır. Bu preparatdan müntəzəm istifadə edilmədikdə tromblaşma, infarkt, insult və digər ağır fəsadlar yarana bilər. Hazırda minlərlə pasiyentin həyatı bu dərmanın mövcudluğundan asılıdır.

Real vəziyyəti öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə aptekə təkrar üz tutduq.

Əhməd Cavad, Kazım Kazımzadə küçəsi və Azadlıq prospekti ətrafında yerləşən bir neçə aptekdə olduq. Apteklərdən bildirildi ki, artıq bir neçə aydır depolarda “Varfarin” dərmanı mövcud deyil. Hətta son zamanlar bu dərmana olan tələb daha da artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Varfarin dərmanı apteklərdə niyə YOXDUR? – Səhiyyə Nazirliyindən AÇIQLAMA


Redaksiyamıza sözügedən dərmanla bağlı çoxsaylı şikayətləri nəzərə alaraq növbəti dəfə Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Mərkəzdən Bizim.Media-ya dəmanın ölkəmizə idxalı ilə bağlı hələki heç bir yenilik olmadığı bildirilib:

“Bu məsələ ilə bağlı heç bir dəyişiklik yoxdur. Qeyd etməliyik ki, Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumlar dərman idxalı ilə məşğul olmurlar. Ölkəyə dərman vasitələrini (DV) yalnız özəl şirkətlər idxal edir. Hazırda qeyd edilən DV (“Varfarin Stada”, 2,5 mq, N250) üzrə əvvəlki qeydiyyat vəsiqəsinin müddəti 01.10.2024-cü il tarixində bitib. Davam edən yenidən qeydiyyat prosesi çərçivəsində 03.03.2025-ci il tarixli 27561/24 nömrəli ekspertiza rəyi əsasında dərmanın yararlılıq müddəti 3 il olaraq qiymətləndirilib. Bu səbəbdən, əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal olunmuş və 5 illik yararlılıq müddətinə malik partiyaların idxalı məqsədəuyğun hesab edilmir".

Qurum əvvəlki açıqlamasını növbəti dəfə təkrarlayıb:

“Artıq bu dərman vasitəsi 07.04.2025-ci il tarixində 25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi alıb. Yeni qeydiyyata əsasən, “Varfarin”in yararlılıq müddəti 3 il olaraq təsdiqlənib. Beləliklə, bu dərmanın istənilən qədər idxalı artıq mümkündür”.

Həll gecikir, risk böyüyür...

Hazırda minlərlə insanın həyatı bu dərmanın mövcudluğundan asılı olsa da, hələ də apteklərə bu dərman gəlmir. Bu isə vəziyyəti daha da acınacaqlı hala salır. Rəsmi qurumun yararlılıq müddətinə hədəflənməsi və inad olaraq minlərlə xəstəni dərmansız qoyması müəmmalı olaraq qalır.

Görünən odur ki, problemin operativ şəkildə həll olunmasının zəruriliyinin Səhiyyə Nazirliyi üçün heç bir əhəmiyyəti yoxdur.

Gülər Həsənli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO