Güneyli soydaşlarımız sovet rejiminə qarşı mücadilədə... - Nəsiman Yaqublu yazır...

(İKİNCİ YAZI)

Azərbaycan xalqının sovet rejiminə qarşı apardığı mübarizədə güneydən olan soydaşlarımız önəmli rol oynamışlar.Pişəvəri hərəkatının boğulmasından sonra sovet ideologiyasınınxa0 xəyanətkar mövqeyini görən güneyli soydaşlarımız əvvəllər gizli, 1988-1992-ci illərdə isə açıq şəkildə bu rejimə qarşı mübarizə apardılar.Həmin mübarizədə fəallıq göstərmiş bəzi mücahidlərin fəalliyyətini oxuculara təqdim edirəm.


MƏHƏMMƏDxa0 HATƏMİxa0 TANTƏKİN


Azərbaycanxa0 Milli Azadlıqxa0 Hərəkatınınxa0 liderlərindən olan Məhəmməd Hatəmixa0 Tantəkin 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olub. Atası Güney Azərbaycandakı 1945-1946-cı il milli-azadlıq hərəkatının fəal iştirakçısı olub.
Güney Azərbaycanda milli hərəkat məhv ediləndən sonra, 1946-cı ilin dekabrın 12-də valideynləri ilə birlikdəxa0 Quzey Azərbaycana mühacirət edib. Ailəsi ilə birlikdə əvvəlcə Əli Bayramlının (indiki Şirvan şəhəri) Qaraçola, ardıncaxa0 Şamaxının 6 saylı kəndində, sonra Xudatın Çkalov kəndinin 4-cü şöbəsində, daha sonra Qubanın H. Zərdabi kəndində, nəhayət Bakıda yaşamışlar.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub, 1963-cü ildə bitirib.xa0
Universitetdə oxuduğu illərdə – 1959-cu ildə gizli olaraq “Azad Azərbaycan Təşkilatı”nı yaradır. Təşkilatın başlıca məqsədi hər iki Azərbaycanı milli əsarətdən xilas edib, vahid dövlət şəklində birləşdirməkdən ibarət olub.
Güneylilərin aparıcı partiyası olan Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Partiya rəhbərliyinə qarşı etirazlar etdiyi üçün 1963-cü ildə firqədən xaric edilib.
Universiteti bitirdikdən sonra müxtəlif zavod-fabriklərdə fəhlə işləyib.
1964-cü ildə Polşaya köçüb getmək haqqında həmin ölkənin Moskvadakı səfirliyinə müraciət edilir və rədd cavabı alınır. 1979-cu ilin fevralın 11-də İranda Fevral inqilabı olan kimi, İranın Bakıdakı konsulluğuna müraciət edib, oraya - Vətənə getmək istədiyini bildirib. Lakin buna imkan yaradılmayıb.
1965-ci ilin iyul ayının 1-dən Akademiya sistemində işə başlayıb və burada Nizami adına Ədəbiyyat İnstitutunda, Şərqşünaslıq İnstitutunda, Nizami Muzeyində çalışıb.
Akademiyaxa0 sistemindəxa0 ictimai elmləri “qara zülmətlər” içərisində görüb, anlamı “səhər işığı kimi” olan “Tantəkin”xa0 təxəllüsünü götürüb. 1972-ci ildə “Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adını alıb. 1984-cü ildə “Sehrli nağılların onqon və əsatiri surətləri” adlı doktorluq dissertasiyasını isə müdafiə etmək ona nəsib olmur. 1990-cı ildə həbsdən azad ediləndə o, filologiya elmləri doktoru seçilir.
1987-ci ildə “Çənlibel”xa0 təşkilatının yaradıcılarından və əsas təşkilatçılarından biri olur. Azərbaycanda sovet rejimi əleyhinə mitinqlərin təşkilində böyük rolu vardır. Bu fəallığına görə dəfələrlə həbs edilib. İlk dəfə 1988-ci il 5 dekabr - 6 iyun 1989-cu il tarixlərində həbsdə saxlanılıb.
M. Hatəmi 2016-cı il 14 iyunda Bakı şəhərində vəfat edib.xa0


“MILLIxa0 QURTULUŞ”xa0 PARTİYASI

1989-cu ilin 8 dekabrındaxa0 Qızılbaş Xalq Cəbhəsi ilə Müstəqil Azərbaycan Təşkilatı “Azərbaycan Qurtuluş Təşkilatı” adı altında birləşdi və çox keçmədən “Milli Qurtuluş Partiyası” adlandı.xa0 Məhəmməd Hatəmi Tantəkin Patiyanın Başqanı seçildi. Partiyanın Mərkəzi Özəyinə aşağıdakı adamlar daxil idi: 1. Hatəmi Tantəkin; 2. Eldar İbrahim; 3. Loğman İbrahim; 4. Seyid Tahir Qarabaği; 5. Rüstəm Şahsuvarov; 6. Mehdi Azəri; 7. İmran Ələkbərzadə; 8. Şahin Tağızadə; 9. Tofiq Şükürlü; 10. Nüşabə Eyvazlı; 11. Kəmalə Abıyeva; 12. Kamil Şükürov; 13. Rafiq Bəbirov; 14. Məlik Nurəlizadə; 15. Şahin Tağıyev; 16. İlham Mirzəyev.
Bu təşkilatın fəallığı və başçılığı ilə 1989-cu ilin dekabrın 14-də “Nizami” metrosununxa0 qarşısında mitinq keçirilmişdi. Sonra mitinqçilər Hüsü Hacıyev küçəsi ilə gələrək mitinqi “Fəvvarələr”xa0 bağında davam etdirmişlər.
Həmin ilin dekabrın 17-dəxa0 Azadlıq meydanındaxa0 Meydan hadisələrinin ildönümünə həsr edilmiş tədbirdə “Milli Qurtuluş Partiyası” lideri H. Tantəkin çıxış etmişdi.
Partiyanın təmsilçiləri olaraq H. Tantəkin və Seyid Tahir Qarabaği Azərbaycan Xalq Cəbhəsinin 1989-cu ilin 19 noyabrında Sabunçu qəsəbəsində təşkil etdiyi mitinqdə dövlət əleyhinə kəskin çıxışlar etmişlər.
Erməni fitnəkarı olan S. Şaumyanın Bakıdakı heykəlinin 1989-cu ilin 22 noyabrında dağıdılmasındaxa0 da “Milli Qurtuluşxa0 Partiyası”nınxa0 fəalları ciddi rol oynamışdılar. Bu haqda partiyanın lideri H. Tantəkin yazır: “Seyid Tahir maşınla evimizə gələrək, bunu mənə xəbər verdi. Mən onunla heykəlin yanına gəldim. Heykəlin ətrafı əsgərlə, DTK, milis işçiləri ilə dolu idi. Qurtuluşçular əllərində üçrəngli Bayraqxa0 buraya yaxınlaşanda, meqafonla onlara müraciət etdim ki, heykəli dağıtmasınlar, polkovnik Hüseynxanın xahişi ilə. Ancaq qurtuluşçular mənə çatanda qulaqlarına pıçıldadım ki, dağıdın! Onlar çox çətinliklə heykəli yerə yıxıb, parça-parça etdilər. Moskvada Lefortovo həbsxanasında mənə açılan cinayət işində suçlarımdan biri də bu heykəlin dağıdılması idi” (Bax: kitab. səh. 149).xa0
Partiya üzvləri 1989-cu ilin 23 noyabrında “Nizami” metrosunun qarşısında keçirdikləri mitinqdən sonra gecə “26-lar” bağında (indiki “Sahil” bağı) bəzi heykəlləri dağıtmışdılar. Bir qədər sonra isə partiyanın A. Zeynallı adına Musiqi Məktəbində oxuyan tərəfdar-tələbələri Ermənistandakı məscidlərimizin dağıdılmasına cavab olaraq, həmin ilin 23 dekabrında Bakıdakı erməni kilsəsinin xaçlarını baltalayıb yerə tökmüşdülər.
Partiyaxa0 üzvlərixa0 buxa0 dövrdə mənzil istismar idarələrindən ermənilərin siyahılarını əldə edir və onları Bakıdan sıxışdırıb çıxarırdılar. Güney Azərbaycandan olan Siyaməkin azad edilməsi üçün partiya üzvləri Ali Məhkəmənin qarşısında bir neçə dəfə piket təşkil etmişdilər.
Partiya üzvləri başda lider H. Tantəkin olmaqla Lənkəranda (12 dekabr, 1989), Cəlilabadda (dekabr, 1989) keçirilən mitinqlərdə də iştirak və çıxışlar etmişlər.
1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Milli Qurtuluş Partiyasının Başqanı H. Tantəkin (yanvarın 25-dən 26-na keçən gecə) və Seyid Tahir Qarabaği də həbs edildi,onlara 108 saylı cinayət işi açdılar.
1990-cı ilin 20 dekabrında məhkəmə işixa0 sona çatdı və onlara bəraət verildi.xa0

“XALQxa0 HƏRƏKATIxa0 CƏBHƏSİ”

Bu təşkilatın yaradılması haqqında məlumatları H. Tantəkin özünün “Acı Həqiqətlər” kitabında bildirir. O, yazır ki, 1988-ci ilin 30 oktyabrında “Çənlibel” təşkilatının saat 4-də başlanacaq ümumi yığıncağında, Xalq Hərəkatı Cəbhəsinin Keçici Mərkəzinin proqram və nizamnamə səciyyəlixa0 “Azərbaycan xalqına bildirişi”xa0 oxundu. Zalda oturanlar bu sənədi böyük rəğbətlə, alqışlarla qarşıladılar. Həmin yığıncaqda H. Tantəkin” Xalq Hərəkatı Cəbhəsi”nin sədri seçilir.
“Xalq Hərəkatı Cəbhəsi”nə daxil olanxa0 ayrı-ayrı kollektivlərin, fərdlərin ilk siyahısı qısa halda belə idi:xa0
1. Axundov Elşən Məmməd oğlu - 160 nəfər.
2. Səlimov Firidun - Sərnişin Daşıma İdarəsi - 20 nəfər.
3. Cəfərov İshaq Məsim oğlu - Avtomobil Nəqliyyatı Nazirliyinin Texniki-Təchizat Bazası - 3 nəfər.
4. Şükürov Tofiq - “Azıx”xa0 Cəmiyyəti - 150 nəfər.
5. Nəsirov Vaqif - 30 nəfər.
6. Nəbiyev Qəhrəman - Şah İsmayıl Xətai Birliyixa0 (EVM zavodu) - 170 nəfər.
7. Məmmədov Rüstəm - 3 nəfər.
8. Həsənov Mövlud - 50 nəfər.
9. Bağırov Rəfael - Ə. Əzimzadə adına Rəssamlıq məktəbi - 20 nəfər.
10.xa0 Mehdi Azəri - 2-ci Zabrat - 300 nəfər.
11. Abbasov Rauf - Azərbaycan Elmi-Tədqiqat Üzümçülük-Şərabçılıqxa0
İnstitutu - 20 nəfər.
12. Qasımov Nəriman - Yük-Avtomobil Nəqliyyatı Dəstəsi - 5 nəfər.
13. Əsgərov İmran - 31 nömrəli məktəb - 30 nəfər.
14. Mehdiyev Mehdi - Azərbaycan Neft və Kimya İnstitutu - 27 nəfər.
15. Abbasov Zahid - 25 nəfər.
16. Şükürov Haqverdi İsrail oğlu .
17. Quliyev Elxan Həsənağa oğlu.
18. Quliyev Niyazi Hüseyn oğlu.
19. Almuradov Nəriman Musa oğlu.
20. Qulamov Əsgər Ağatac oğlu.
21. Quliyev Mətləb Qafar oğlu.
22. Məmmədov İntiqam Həvəskar oğlu.
23. İsmayılov Osman Hacızadə oğlu.
24. Bayramov Ziyəddin Məhərrəm oğlu.
25. Əhmədov Mahmud Fəraməz oğlu.xa0
26. Eminov Rasim İbrahim oğlu.
27. Eldarov Nazim Eldar oğlu.
28. Qurbanov Şahin Musa oğlu.
29.xa0 Səmədov Bəybala.
30. Cavadov Eldar Cavad oğlu.
31. Kərimova Ruhinaz.

Hatəmi yazır: “Yaratdığım elə bir təşkilat tanımıram ki, DTK onu dağıtmağa, əlimdən çıxartmağa çalışmamışdır. 05.12.1988-08.08.1989-cu il tarixlərində həbsxanada olmağımdan yararlanaraq, DTK əlaltılarıxa0 Xalq Hərəkatı Cəbhəsinin içərisindəki İsfəndiyar Coşğun kimi adamlarla əlaqəyə girib, təşkilatı iki yerə parçalayırlar. Təşkilatın kiçik bir hissəsi İsfəndiyar Coşğunun başına toplaşıbxa0 “Birlik”xa0 Cəmiyyətixa0 olur”.xa0 H. Tantəkin qeyd edir ki, təşkilatdakı əsas qüvvələr isə 1989-cu ilin 16 iyununda yaranan Azərbaycanxa0 Xalq Cəbhəsində fəaliyyətlərinixa0 davam etdirirlər.xa0


“QIZILBAŞxa0 XALQxa0 CƏBHƏSİ”
(Güneylə Quzeyin bütövləşməsi,”Bütöv Azərbaycan” yaradılması – M.Hatəminin ideyası)

“Qızılbaş Xalq Cəbhəsi”nin yaradıcısı olan Hatəmi Tantəkinxa0 yazır ki, bu təşkilatı “AXC-yə alternativ olaraqxa0 1989-cu ilin sentyabr ayında yaratdım.xa0
xa0 M.Hatəmi bildirirdi ki, bu sözü götürməklə, heç də şiələri nəzərdə tutmur və şiəliyi də, sünniliyi də İslam dini üçün düşmənçilik sayır. Ancaq bu adla hərəkatımızda birləşənlərin Şah İsmayıl Xətainin qızılbaş döyüşçüləri kimi igid, yurdsevər qəhrəman olmasını, torpaqlarımız uğrunda vuruşmasını istədiyimizi göstərmişik. M. Hatəmi bildirirdi ki, Qızılbaşların Xalq Cəbhəsi Şimali və Cənubi Azərbaycanlıların Sovet İttifaqı və İranın tərkibindən çıxıb müstəqil, ayrıca dövlət yaratması uğrunda mübarizə aparır.
O, qeyd edirdi: “Biz istəmirik ki, cənubdakılar buradakılar kimi maddi cəhətdən dilənçi olsun, var-dövləti insafsızcasına talan edilsin, ölkə dilənçi vəziyyətində qalsın, dini, imanı əlindən alınsın. Eyni zamanda istəmirik ki, şimaldakılar da, Cənubda olduğu kimi dillərindən, məktəblərindən, ana dilindəki mətbuatlarından, milli varlıqlarından məhrum edilsin. Ona görə də biz Cənubu İrandan, Şimalı Sovetlərdən ayırıb Bütöv Azərbaycan yaratmaq istəyirik”.
Hatəmi Qızılbaşların Xalq Cəbhəsi ilə Azərbaycan Xalq Cəbhəsi arasındakı başlıca ideya ayrılığını da bunda görür – AXC Azərbaycanın gələcəyini SSRİ-nin tərkibində təsəvvür edir, Azərbaycanın müstəqil birləşməsini düşünmür, QXC isə Sovet İttifaqından çıxmağımız (Cənubun isə İrandan çıxması) uğrunda mübarizə aparır. Hatəmiyə görə AXC-nin mövqeyi bir çox hallarda yumşaq, barışdırıcıdır.
Sonra Meydan bir neçə gün Qızılbaşların əlində oldu. Onlar başlarına nazik, qırmızı lent bağlayırdılar. Bu lentin üzərinə sonradan “Qarabağ”, “Azərbaycan”, “Azəritürk”xa0 yazdırdılar. Onlarxa0 həmişəxa0 Meydanın “Azərbaycan”xa0 mehmanxanası tərəfdən 2-ci tribunası tərəfdə dayanırdılar. Gecələr Hatəmi və Mənsur Əlisoy səhərə qədər təbliğat aparır, camaatı dağılmamağa çağırırdılar.xa0

Nəsiman Yaqublu, Tarix elmləri doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

"Şərab müharibəsi"nin qalibi o oldu

"Şərab müharibəsi"nin qalibi o oldu

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

End of content

No more pages to load

RADİO