Bu il Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçiriləcək. Qurultayın dəqiq keçirilmə vaxtı və yeri, proqramı hələlik, məlum deyil. Bir müddət sonra bu elan olunacaq.
Qeyd edək ki, AYB-nin son qurultayı - XII qurultay-2014-cü ilin yayında keçirilmişdi. Xalq yazıçısı Anarın yenidən sədr seçildiyi, yeni komissiya və idarə heyətinin müəyyən olunduğu qurultaya 439 nəfər nümayəndə dəvət olunmuşdu. Bu miqyasına görə ən genişhəcmli qurultay idi. Həmçinin, dünyanın 20-yə qədər ölkəsindən də əcnəbi yazarlar XII Qurultaya qatılmışdılar.
Bəs, AYB builki qurultayla bağlı hazırlıqlara başlayıbmı? Builki qurultayı digərlərindən fərqləndirən hansı məqamlar olacaq?xa0
Bu barədə Moderator.az-a açıqlama verən AYB-nin sədri Anarxa0 bidirdi ki, hələ bu barədə danışmaq tezdir:xa0
“Qurultay payızda olacaq. Hələ xeyli vaxtımız var. Oktyabr ayında daha konkret cavablar verə bilərəm”.xa0
Ülviyyə Qarayeva