Baş katib Bakıda logistika və gömrük müəssisələrinə baş çəkdi

Yanvarın 15-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Azərbaycana rəsmi səfəri çərçivəsində Abşeron Logistika Mərkəzi, Bakı Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının fəaliyyəti ilə tanış olub.

Dövlət Gömrük Komitəsindən Moderator.az-a daxil olan xəbərə görə, Abşeron Logistika Mərkəzində qonağa məlumat verilib ki, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən bu mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Müəssisənin açılış mərasimi 2018-ci ilin avqustunda Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.

Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “bir pəncərə” sistemi ilə həyata keçirilir.

Diqqətə çatdırılıb ki, müəssisənin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi də var.

Sonra qonaq Bakı Baş Gömrük İdarəsində idarənin iş prinsipi, rəsmiləşdirmə proseduru ilə tanış olub.xa0Məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsinin inzibati binası 2016-cı ilin mayında istifadəyə verilib. Binada gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Burada “Hədəf” Mərkəzi də fəaliyyət göstərir.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində isə qonağa gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilib.

Daha sonra ÜGT-nin Baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına gəlib. Qonağa bu səhiyyə ocağının üstün imkanları barədə məlumat verilib, eləcə də hospitalın 10 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Bütün müəssisələrin fəaliyyətilə yaxından tanış olan ÜGT-nin Baş katibi yaradılan imkan və şəraiti yüksək dəyərləndirib.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü maqnit qasırğası başlayıb

Güclü maqnit qasırğası başlayıb

Çimərliyə gedən yola şlaqbaum qoyulub - Ödəniş alınır -FOTO

Çimərliyə gedən yola şlaqbaum qoyulub - Ödəniş alınır -FOTO

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

Siqareti tərgitmək istəyənlərə PULSUZ dərman veriləcək

Siqareti tərgitmək istəyənlərə PULSUZ dərman veriləcək

Kimlərə nəm salfetdən istifadə etmək olmaz? – Avropanın yasaqladığı təmizləyici vasitələrlə bağlı XƏBƏRDARLIQ

Kimlərə nəm salfetdən istifadə etmək olmaz? – Avropanın yasaqladığı təmizləyici vasitələrlə bağlı XƏBƏRDARLIQ

Bunlar saç tökülməsini artırır - SƏBƏBLƏR

Bunlar saç tökülməsini artırır - SƏBƏBLƏR

Azərbaycanda müəllim vəfat etdi

Azərbaycanda müəllim vəfat etdi

Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi

Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi

Ece İrtemin ölüm səbəbi ilə bağlı ilk ekspertiza rəyi AÇIQLANDI

Ece İrtemin ölüm səbəbi ilə bağlı ilk ekspertiza rəyi AÇIQLANDI

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO

Hansı ölkələrdə insanlar həftədə 4 gün işləyir? - DETALLAR

Hansı ölkələrdə insanlar həftədə 4 gün işləyir? - DETALLAR

Konqoda Ebola qızdırmasından ölənlərin sayı artır

Konqoda Ebola qızdırmasından ölənlərin sayı artır

Türkan Vəlizadə dəyişib belə oldu - VİDEO

Türkan Vəlizadə dəyişib belə oldu - VİDEO

Tramp İrana bir həftə vaxt verdi

Tramp İrana bir həftə vaxt verdi

Ləzəyə yenidən gələn palçıq axını kəndi iki hissəyə BÖLDÜ – VİDEO

Ləzəyə yenidən gələn palçıq axını kəndi iki hissəyə BÖLDÜ – VİDEO

Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!

Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!

Xəzərlə bağlı qorxulu PROQNOZ

Xəzərlə bağlı qorxulu PROQNOZ

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

End of content

No more pages to load

RADİO