Kürdəmirdə 21 min əhaliyə xidmət edən magistral su boru xətti partladı – FOTO

Kürdəmirdə şəhər ərazisini və 4 kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə iyun ayının 14-də axşam saatlarında magistral borunun Ağsu rayonunun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.

Dərhal hadisə yerinə Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini Arzu Şahbazov yerli büromuza bildirib ki, iyun ayının 14-də saat 17:00 radələrində idarəyə məlumat daxil oldu ki, Külüllü-Kürdəmir su xəttinin 560 millimetr diametrlik su xəttində qəza baş verib. Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsinin qəza bərpa qrupu dərhal hadisə yerinə yollanıb.
 

Araşdırma zmanı məlum oldu ki, magistral xəttə 560 millimertrlik su borusunun 40 santimetrə yaxın hissəsi partlayıb. Həmin andan qəzanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilib.


Bu gün səhər 07 radələrindən qəza bərpa xidməti əraziyə daxil olub, rəhbərliyin iştirakı ilə əməkdaşlar materialla təmin olunub və qəzanın aradan qaldırılması təmin olunub.

Arzu Şahbazov bildirdi ki, Külüllü-Kürdəmir su xətti 8400 abonent olmaqla Kürdəmir şəhərinin və 4 kənd əhalisinin 21 min əhalisini su ilə təminatını həyata keçirir. Rəis müavini bildirdi ki, artıq tamamlama işləri həyata keçirilir, yəqin ki bir-iki saat ərzində şəhərin su təminatı həyata keçiriləcək.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə su boru xətti tamamlanaraq istifadəyə verilib.

Bu magistral su xəttindən Kürdəmir şəhəri daxil Xırdapay, Atakişili, Qaraqocalı və Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir.














Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski baş naziri işdən çıxartdı

Zelenski baş naziri işdən çıxartdı

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Qətərdə 4 günlük matəm elan edildi

Qətərdə 4 günlük matəm elan edildi

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

Bağçalara qəbul prosesi davam edir - Hansı dəyişikliklər tətbiq olunur?

Bağçalara qəbul prosesi davam edir - Hansı dəyişikliklər tətbiq olunur?

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verdi

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verdi

Keçmiş baş nazirin sevgilisi ilə rəqsi sosial şəbəkələrdə hədəfə çevrildi - VİDEO

Keçmiş baş nazirin sevgilisi ilə rəqsi sosial şəbəkələrdə hədəfə çevrildi - VİDEO

Qəbul imtahanı keçirildi - 12 nəfərdə mobil telefon aşkarlandı

Qəbul imtahanı keçirildi - 12 nəfərdə mobil telefon aşkarlandı

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Messi hakimə etiraz etdi: "Mənimlə hörmətlə danış" - VİDEO

Messi hakimə etiraz etdi: "Mənimlə hörmətlə danış" - VİDEO

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

Köhnə qitədə YENİ TENDENSİYA – Avropalılar da yaxşı maaş üçün ölkələrini tərk edirlər

Köhnə qitədə YENİ TENDENSİYA – Avropalılar da yaxşı maaş üçün ölkələrini tərk edirlər

"Venesuelanı faktiki olaraq ABŞ dövlət katibi idarə edir" - The New York Times - FOTO

"Venesuelanı faktiki olaraq ABŞ dövlət katibi idarə edir" - The New York Times - FOTO

End of content

No more pages to load

RADİO