Azərbaycanın bu ərazilərində bitki örtüyü 30 faiz azalıb

“Böyük Qafqazın cənub-şərq yamacının 30%-ə yaxını (Qobustan, Şamaxı inzibati rayonlarının bir hissəsi) yüksək və çox yüksək sürüşmə təhlükəli ərazilərdir ki, onun da bir hissəsi Bakı-Şamaxı-Yevlax magistral yolunun ətrafına düşür”.xa0


Moderator.azxəbər verir ki, bu barədə “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

xa0

M.Həsənovun sözlərinə görə, bu qənaətə 2017-2018-ci illərdə “Böyük Qafqazın cənub-şərq yamacının mənimsənilən dağ geosistemlərinin ekocoğrafi qiymətləndirilməsi” mövzusunda aparılan araşdırma nəticəsində gəlinib.

xa0

Sürüşmənin qarşısını almaq üçün Bakı-Şamaxı-Yevlax magistral yolu boyunca müxtəlif hissələrdə bəndlərin tikildiyini vurğulayan M.Həsənov əlavə edib ki, tədqiq olunan ərazinin relyefinin az meyilli olması həmin bölgənin mənimsənilməsinə təsir edir. Belə ki, regionun 3012,1 min kvadrat km-i, yəni 50,4%-i meyilliliyi 200-dən aşağı, 26% hissəsində isə meyillilik 200-300 və nəhayət 23,6% hissəsində isə meyillilik 300-dən yuxarıdır:

xa0

“Meyilliliklə yanaşı yamacların cənub və cənub-şərq istiqamətli olması da ərazinin mənimsənilməsinə müəyyən dərəcədə təsirini göstərir. Belə ki, burada yabanı, o cümlədən mədəni bitkilərin çiçəkaçma müddəti şimal yamacına nisbətən 7-8 gün tez olur. Bu proses ərazidəki əkin sahələrində bitkilərin az məhsuldarlığına səbəb olur".

xa0

Mütəxəssis qeyd edib ki, son onilliklərdə Böyük Qafqazın şimal-şərq yamacının dağ geosistemləri torpaqlarının əkinçilikdə intensiv mənimsənilməsi nəticəsində 1980-ci illə müqayisədə 2017-ci ildə əkin sahələri 31% artaraq 140 min hektar olub:

xa0

"Bu dövr ərzində əkin sahəsinin artması və həmçinin aqrotexniki qaydalara riayət edilməməsi torpaq örtüyünün keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Belə ki, bu illər ərzində yüksək keyfiyyətli torpaqlar 5,5%, yaxşı keyfiyyətli 5,1%, orta keyfiyyətli 10,7% azalıb, aşağı keyfiyyətli torpaqlar isə 0,8% artıb. Tədqiq olunan ərazinin bitki ilə örtülmə dərəcəsi öyrənilərkən müəyyən edilib ki, 1987-ci illə müqayisədə 2017-ci ildə bitki örtüyü ilə zəif örtülmüş ərazilər 19,3%, orta dərəcədə örtülmüş ərazilər 13,8% artıb, bitki örtüyü ilə sıx örtülmüş ərazilər isə 29,4% azalıb"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

“Hər gün yüzlərlə iş yeri bağlanır”

“Hər gün yüzlərlə iş yeri bağlanır”

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

“15 ildir bizi qürurlandırırsan”

“15 ildir bizi qürurlandırırsan”

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

End of content

No more pages to load

RADİO