Böyük şəxsiyyətlərin böyük də səhvləri olur.xa0 Dünyanın elə bir ölkəsi, xalqı yoxdur ki, məyusluq doğuran belə problemlə üzləşməsin. Bizdən də yan keçməyib. Təkcə ədəbiyyat tariximizi xatırlamalı olsaq, milli-mənəvi dəyərlərimizlə uzlaşmayan, mübahisəli yaradıcı tale həyatı yaşayan onlarla görkəmli şair və yazıçının adını çəkmək mümkündür. Buna görə müxtəlif cəzalar tətbiq olunub, lakin son yüzillikdə Əkrəm Əylislinin çəkildiyi sınağa başqa bir yazıçımız məruz qalmayıb. "Daş yuxular" bu nəhəng söz və fikir adamının əlindən demək olar ki, bütün imtiyaz və mükafatları aldı. "Azərbaycanın xalq yazıçısı" adı üzərindən götürüldü. Prezident təqaüdü ləğv olundu. Əsərləri kitabxanalardan yığışdırıldı. Tonqallarda yandırılarkən "Daş yuxular"a görə tənqid etdiyim yazıçının o alovlar içərisində cırpınan ruhu bir anlıq gözlərim önündə canlandı. Ürəyim ağrıdı, özümü qınadım. Tonqallarda Əkrəm kitabları ilə birlikdə yandırılırdı.xa0
xa0xa0
Romana görə yazıçıya heç bir mənada haqq qazandırmaq olmur. O, hələ də ovqatını dəyişdirmək qərarına gəlməyib. Adi obrazdı deyib,- özünüxa0 günahdan kənara çəkir. Baxxa0 təəssüfləndirici budur...Obrazı yaradan, onu cəmiyyətə təqdim edən hansısa abstrakt qüvvə yox, arxasında bənzərsiz qələm sahibi, əsərlərini dönə-dönə oxumaqdan həzz aldıgımız konkret şəxs, Əkrəm Əylislixa0 kimi böyük yazıçımız dayanır. Etiraf belə hallarda zərər gətirməz, əksinə könüllərdə əvvəlkixa0 sevgini və ucalığı təzədən bərpa edər...xa0
xa0 xa0xa0
Mənə görə, "Ağır daş" hekayəsinin bədii gücü və qayəsi, oxucuya Kəblə Salmanın dili ilə təlqin etdiyi ideya daha cəlbedici görünür. Kəblə Salmanın qorxunc yuxuları artıq həyətdəkixa0 səpsərin kəhriz suyuna qarışıb arxla üzüaşağı axıb getmir. Göy üzündən yerə nə yağış, nə dolu düşür. Qaranlıq buludlar arasından yağan yalnız daş və çınqıldır. Kəhrizin gözü tutulduğundan qorxulu yuxuların oyatdığı Kəblə Salman əhvalını düzəltmək üçün əl-üzünü yumağa daha bir damcı su tapa bilmir...xa0 Əkrəm Əylislinin "Ağır daş" hekayəsindəki Kəblə Salmanın obrazından bu fraqmentlər nədənsə gəlib yadıma düşdü...
xa0 Yazıçı indi evində öz dərd və qayğıları ilə birgə yaşayır. Əli-qolu baglı və sanki qandallanmış halda hansısa gününü gözləyir. Adam xaricə buraxılmır, çünki qadağası var. Öz kəndinə də gedə bilmir. Nədənki şəxsiyyət vəsiqəsi də əlindən alınıb. Haralara yazır, müraciət edirsə cavab verən yoxdur. Təsəvvür edin, yazıçı nə deyir: " Heç olmazsa buraxsınlar gedim öz kəndimdə ölüm"xa0 Mən bunu eşidəndə " Daş yuxular" romanınaxa0 görə tənqid etdiyim bu nəhəng yazıçının vəziyyətindən dəhşətə gəldim. Əkrəm Əylisli hansı səhvi buraxsa da o, sıradan birisi deyil. Ona göstərilən münasibətlə qətiyyən razılaşa bilmərəm. O, bir növ öz evində işgəncə həyatı sürür. Unutmayaq ki, bu gün bizlər nə ediriksə, onuxa0 sabahkı tariximizə yazırıq.
Eldar Sabiroğlu