Jurnalist övladları üçün də “Son zəng” çalındı -FOTOLAR

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. 

Bu il respublikada ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın şagird məzun olur. Onlardan 33 517 nəfəri Bakıdakı məktəbləri bitirir.

Bizim.Media xəbər verir ki, məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var. Ənənəmizə sadiq qalaraq, bu il də məzun olan həmkarlarımıza diqqətlə yanaşdıq.


"Bizim.Media.az" saytının rəhbəri Anar Tahirovun oğlu Fuad bu gün orta məktəbi bitirən minlərlə gəncdən biridir. Həmkarımız oğlunun məzun olmasına reaksiyasını belə ifadə edib: "Əziz məzunlar, bu gün sizlər üçün qürur, sevinc və bir az da həyəcan doludur. Qarşınızda sizi gözləyən uzun bir yol var. İnanıram ki, bilik və zəhmətinizlə bu yolu uğurla gedəcək, ailənizi, müəllimlərinizi və Vətənimizi daim qürurlandıracaqsınız. Hər bir məzunumuzu təbrik edir, sağlam, uğurlu bir gələcək arzulayıram. Məzun 2025 – yolunuz açıq, uğurunuz bol olsun!"


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülcan üçün son zəng Bakı Türk Liseyində səslənib. Gülcanın arzusu tibb sahəsində təhsil almaq, həkimlik peşəsinə yiyələnməkdir.

“Gülcanın arzuladığı kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına inamımız sonsuzdur. Ali məktəbə qəbul xəbərini səbirsizliklə gözləyirik. Yolun açıq olsun, qızım”, - deyə Elnur Niftəliyev valideyn olaraq sevinc hisslərini ifadə edib.


“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli də Bakı Türk Liseyini bitirib.


“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə 11-ci sinfi 212 nömrəli məktəbdə başa vurub.


"Matc.az" saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova 162 saylı orta məktəbdən məzun olub. Kifayətin arzusu Bakı Dövlət Universitetinə qəbul olunmaqdır.


“Yenicag.az” saytının direktoru Aqil Ələsgərin oğlu Amin Fərəcov üçün də bu gün son zəng çalınıb.


Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Könül Rəhim "Son zəng" gününü ilk dəfə valideyn kimi yaşayanlardandır. Onun övladı Mikayıl Șıxılı Sumqayıt şəhərindəki  Humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyindən məzun olur.

Həmkarımız sevincini bu cur ifadə edib: “11 il əvvəl əlindən tutub məktəbə apardığımız bu sarışın oğlan bu gün bizi məzun olaraq öz "Son zəng”inə aparıb. İzah edilməyəcək dərəcədə xoş hisslərdir".


"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı məzun adını 49 saylı "İntellekt" məktəb-liseydən qazanıb. Özgürün hədəfi bu il ali məktəb tələbəsi olmaqdır.


"Unikal.az”ın redaktoru Hüseyn İsgəndərovun oğlu Rəvan İsgəndərli də orta məktəblə vidalaşıb. Onun üçün indi əsas məsələ ali məktəb tələbəsi adını qazanmaqdır.


"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev 160 saylı Klassik Gimnaziyadan məzun olub.


Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayevin oğlu Məhəmməd Musayev də elə həmin ümumtəhsil ocağını - 160 saylı Klassik Gimnaziyanı başa vurub.


İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlkin Ağayevin oğlu Turqay Ağayev bu il orta məktəbə "əlvida" deyən məzunlardandır.


"Azedu.az" təhsil portalının redaktoru Ləman Novruzovanın qardaşı 11-ci sinifdən məzun olub.


"Bakivaxtı.az” xəbər portalının təsisçisi İqbal Alısoyun iki övladı - Duyğu Alısoy və İsmayıl Alısoy orta məktəbi başa vurublar.


"Qafqazinfo.az" saytının redaktoru Gülşən Raufqıznın övladı Gülnur məzun adını qazanmaqla valideynlərinə sevinc yaşadıb. "Bu gün göz yaşlarım sel olub axdı bu qız üçün. Ömrümdə ilk dəfə danışmağa bu qədər çətinlik çəkdim. Yolun, bəxtin açıq olsun, gözəl balam!", - deyə həmkarımız övladı barədə sevincini bölüşüb.



İcbari Sığorta Bürosunun əməkdaşı, "Monetar.az" saytının rəhbəri Neman Səfərəliyevin oğlu bu il 11-ci sinfi başa vuran məzunlar sırasında yer alır. Həmkarımız övladı ilə bağlı hisslərini bölüşüb:

"Məktəb illəri sona çatdı! 11 il boyunca “oyan, dərsə gecikərsən”, “ev tapşırığını eləmisən?”, “telefondan bir az uzaq dur!” kimi sözləri o qədər dedik ki...Çox çalışdı, əzmkarlıq gostərdi, indi yeni bir mərhələyə qədəm qoyur.Səninlə fəxr edirik! Yolun açıq, gələcəyin parlaq olsun!"


Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan da bu gün "Son zəng" mərasiminin sevincini yaşayan məzunlar arasındadır.(Modern.az)



1xeber.media-nın rəhbəri Tural Əhmədovun qızı Xədicə Əhmədzadə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 329 saylı orta məktəbin məzunu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Zelenski baş naziri işdən çıxardacaq

Zelenski baş naziri işdən çıxardacaq

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

End of content

No more pages to load

RADİO