Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış mərasimi KEÇİRİLDİ - FOTO

İyunun 13-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseyin 53-cü buraxılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin (MN) rəhbər vəzifəli şəxsləri, həmçinin MMU-nun və liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa edib.

Hərbi liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə MN-in rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Cəmşid Naxçıvanski adına hərbi liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa ediblər.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Təəssüratlarını AZƏRTAC-ın əməkdaşı ilə bölüşən kursant Amin Səmədov bütün yoldaşlarını təbrik edib, onları qarşıda daha şərəfli və məsuliyyətli yol gözlədiyini deyib: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1971-ci ildə qoyulan Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almaq mənim üçün fəxrdir. Qürurvericidir ki, 2 illik təhsilimizi başa çatdırıb, məzun oluruq. Bizə təhsildə, nizam-intizamda köməklik göstərən komandir və müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm".

Uşaqlıqdan hərb sahəsinə olan həvəsinin onu Cəmşid Naxçıvanski adına hərbi liseyə gətirdiyini deyən kursant Həsən Həsənov bu yolun şərəfli və məsuliyyətli olduğunu diqqətə çatdırıb. "Lisey bizə tədris müddətində hərbi bilik, bacarıq, fiziki təlim, təhsil, həmçinin dostluq və qardaşlıq ruhunu aşılayıb. Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması və inkişafında böyük və əvəzolunmaz rol oynayıb", - deyə o vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Zelenski baş naziri işdən çıxardacaq

Zelenski baş naziri işdən çıxardacaq

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

End of content

No more pages to load

RADİO