"Bu, gənc nəslimizə öz müsbət təsirini göstərəcək…" – AKADEMİK

Akademik: Bu, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanı idi.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ili ölkədə “Nəsimi İli” elan etməsi çox əlamətdar və təqdirəlayiq hadisədir. İlk öncə ona görə ki, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək. UNESCO çərçivəsində də bu il Nəsimi ili elan edilir.

Bunu mətbuata açıqlamasında akademik, millət vəkili Gövhər Baxşəliyeva deyib.

“Bizim üçün 2019-cu ilin “Nəsimi İli” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanı idi” – deyən, akademikin sözlərinə görə, Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi.

“Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır.

Düşünürəm ki,xa0 möhtərəm Prezidentimiz tərəfindən 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq.

Bir də ki, Nəsimixa0 yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək.

Bir də əlavə etmək istərdim ki, bu kimi qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”-deyə, G. Baxşəliyeva sözlərinə əlavə edib.(etikxeber.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Qivami Qazıyev VƏFAT ETDİ

Qivami Qazıyev VƏFAT ETDİ

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Bəraət hökmü yalnız bu hallarda çıxarıla bilər - Hakimdən AÇIQLAMA

Bəraət hökmü yalnız bu hallarda çıxarıla bilər - Hakimdən AÇIQLAMA

Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

28 kq narkotiklə saxlanılan şəxs həkim imiş... – VİDEO

28 kq narkotiklə saxlanılan şəxs həkim imiş... – VİDEO

Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

Sərnişin daşımalarda mühüm DƏYİŞİKLİK

Sərnişin daşımalarda mühüm DƏYİŞİKLİK

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Nazir komandiri işdən çıxardı - FOTO

Nazir komandiri işdən çıxardı - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

End of content

No more pages to load

RADİO