Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubun yeni kitabı artıq nəşr olunub. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır.xa0
kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib.xa0xa0
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik.xa0
(Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz:xa0 //www.moderator.az/news/254344.html?fbclid=IwAR1-P-xmgSe5LKVqbrygo7yqsJhEZsSLG8fyqHAdoH29qQQ51rJ-v50C9J4 )xa0
Ey sülhpərvər xalq! Kainat boyunca qaçsanız da, göylərin ənginlliklərini dolaşsanız belə, Yaradanın qanunlarına baş əyməyincə rahatlıq tapa bilməzsiniz!xa0
Ey sülhpərvər xalq! Dünyanı bütöv bir kənd halına gətirin ki, Yaradan Əzəmətinin sirlərini sizə açsın və əbədiyyət nuru ilə sizi işıqlandırsın!xa0
Fikirləş və düşün: boş-boşuna yatağınızdamı ölmək istəyirsiniz,xa0 xa0ya elmlənib sirləri tapıb, bəşəriyyətə fayda vermək?!
xa0Ey ağıl sahibləri! Özünüzü tamahın qulu etməyin. Çünki, Yaradan qızılı atəşlə, bəndələri isə, qızılla sınayar!
xa0Ey sülhpərvər xalq! Malınızdan elmə və yoxsullara xərcləyinxa0 ki, göydəki bitməz şərəf dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsiniz.
xa0Ey insanlar! Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın!
Dəyişikliklərə təhlükə kimi yox, yeni imkanlar kimi baxın.
Yoxsulluq və kasıblıq ən əzablı edamdır...
Elm alimlərdən bizə qalan əziz bir mirasdır.
Gülərüzlülük və xoşxasiyətlilik ikibaşlı olar.
Sülh və bağışlamaq böyüklük əlamətidir.
Eqoistin düşməni çox olar.
Səxavətlilik xeyirli və ürəkaçan bir dərmandır.
İnsanlarla elə qaynayıb qarışın, elə rəftar edin ki, onlar heç zaman sizi unutmasınlar.
Bədbəxt olmuş insanı tənqid etmək onu intihara sövq etməyə bərabərdir.
Qorxu bədxah qonşudur.
Utancaqlıq ümidsizliyin qardaşıdır.
Yalan danışan adamın ya dili çaşar, ya da üzü.
Məsləhət və məşvərət olmasa dünya məhv olar.
Əgər bir şeyi bilmirsinizsə, qəti olaraq “bilmirəm” deyin; bu sizə ən doğru olandır.
Ağıldan və səbrdən faydalı heç bir sərvət yoxdur.
Xoş əməli boş ibadət əvəz edə bilməz.
Fürsəti əldən vermək qorxuya təslim olmaqdır.
Səhlənkarlıq və tənbəllik ən böyük bəlalardandır.
Öyrənmək eşqi hər bir avamın cihadıdır.
Ruzinin artmasını istəyirsənsə, yaxşı əməl et və tənbəllikdən əlini üz.
Qəm kədər içində olan gənc artıq qocalmışdır.
Var - dövlətin az qismini bölüşməklə amanda saxlayın.
Xoş əməlsiz ibadət düzgün deyildir. Çünki, Yaradan gözəl sözləri eşidir, gözəl əməlləri isə, qəbul edir!
Kainatda hər şey biri-birinin içindədədir. Yəni, Kainatın içində insan, insanın içində isə, Kainat var.
Ey insanlar, öz azuqə və ruzinizdən artıq qazandığınız şeylərdə başqası üçün xilaskarsınız.
xa0Elm və bilik tükənməz xəzinədir.
xa0Güzəştə getmək zəfər və qələbənin balaca qardaşıdır.xa0
Çətinliklərə göz yumun və yan keçin, yoxsa heç vaxt şad olmarsınız.
xa0Haqqımızı yeyənlərə zülm etmək bizim üçün ən böyük sərvətdir.
xa0Cəncəlli işlərə göz yumun.
xa0Ədalət və insaf qızıl ortanı tutmaqdır.
xa0Xəsis qadın, xəsis kişidən daha üstündür.xa0
Xəbərçinin dostu olmaz.xa0
Borcunuz varsa, dərdiniz var.
xa0Acıdillilik dəliliyin bir növüdür.xa0
Elm axtaran insan heç vaxt doymaz
Ən təhlükəli yer ən böyük vəzifədə olanın yeridir.
Ən yaxşı görmək ağılla olur.xa0
Namuslu şəxs zinaya nifrət edər.xa0
Yaradan vasitələrlə hər şeyə qadirdir. Çalışın siz də Onun bir vasitəçisi olasız.xa0
İnsanı tanımaq istəyirsənsə ona vəzifə ver.xa0
Elm axtaran insan heç vaxt doymaz.
Qeybət etmək və arxasınca danışmaq insanı rahatlaşdırsa da,xa0 sonradan onuxa0 kiçildər.
Yaradana qovuşmağı öz yeganə istəyinə çevir. O səbəbdən ki, yeganə, ölməz və əbədi olan Odur.xa0
Davamlı elmlənən və daima elmi axtarışda olan insan mələkdən üstündür.
Əgər xilas baradə bu gün düşünmürsünüzsə, bəs nə vaxt düşünəcəksiniz? Bu zəncirləri bu gün qırmayacaqsınızsa bəs nə vaxt qıracaqsınız?
Xırda işlərdə ciddilik böyük işlərdə mükəmməllik yaradar.
Qorxu yolu ilə kamilləşmə, özünə daxili intizam yarat; qoy o sənin öz konstitutsiyan olsun. Əks halda (qorxu yolu ilə kamilləşsən), kamillik cahilliyə dönər.
(ardı var)