“Son zəng” tədbirlərində müəllim və valideyn qarşıdurması – Kimdir günahkar?

Məktəblərdə "Son zəng" həyəcanı yenidən müəllim və valideynləri tərəflərə ayırıb. Rəsmi hissədən sonra şagirdlər və valideynlər tədbiri qeyd etmək üçün tez restoranlara toplaşırlar.

Belə bir önəmli və məzunlar üçün tarixi günü qeyd etmək hazırlığı aylar öncə başlayır. Buna səbəb restoranlarda yer çatışmazlığıdır. Hər nə qədər qəribə səslənsə də, bəli, kafe və restoranların bir belə “bolluğ”u dövründə iyunun ilk yarısında restoranlara yaxın düşməli deyil, xüsusilə məktəb əyalət şəhəri və ya paytaxtkənarı yerdə yerləşirsə, vəziyyət daha da çətinləşir. Çünki, tələb çox yüksəkdir: hər məktəbdən yüzlərlə məzun var.  Üstəlik, tədbirlər üçün qrup şəklində bron edilir. Məzunlar bəzən valideynləri ilə birlikdə böyük qruplarla qeyd etdikləri üçün daha geniş məkan seçilir.

Maraqlıdır məzun və valideynlər “Son zəng”i yaddaqalan etmək üçün bu qədər həvəsli olduğu halda, niyə təqsirləndirilən tərəf həmişə məktəb rəhbərliyi və müəllimlər olur?

Keçmiş pedaqoq, uzun illər “Son zəng” tədbirlərinə və onun özüylə gətirdiyi problemlərə yaxından şahid olmuş Lətifə Səlimova Bizim.Media-ya açıqlamasında deyib ki, bu məsələdə həm sosial, həm də psixoloji tərəfləri axtarmaq lazımdır.

“Son zəng” tədbirləri ilə bağlı pul yığımı təşəbbüsü çox vaxt məktəb rəhbərliyi və ya müəllimlər tərəfindən deyil, valideynlərin özləri tərəfindən irəli sürülür. Onlar övladları üçün “unudulmaz gün”, “təntənəli tədbir”, qeyd etmək istəyirlər. Mütləq bir təşəbbüskar valideyn ortaya çıxır və digərlərini də razı salır. Fikirlər də burda haçalanır. Çünki təklif olunan pulun məbləği, restoranın dəbdəbəsi və ya sadəliyi ilə bəziləri razılaşmır, bunu dilə gətirir, bəziləri isə sosial durumundan utandığı üçün səsini çıxarmır.
 

Yəni imic qorxusu – kimlərsə pul yığımı ilə razılaşmaq istəmir, amma “uşağım geridə qalmasın” deyə susur. Nəticədə könüllü görünən, amma əslində təsir altında formalaşan “kollektiv” qərar yaranır””.


Keçmiş pedaqoq deyir ki, sonradan müəllimlərin günahlandırılmasının ən əsas səbəbi məsuliyyətdən yayınmadır:

“İnsanlar hər hansı bir işi görəndə uğurlu alınırsa, dərhal sinələrinə döyüb öz adlarına çıxırlar. Amma alınmasa psixoloji olaraq günahı başqasında axtarırlar. Bu məsələdə də əgər tədbirə hazırlaşarkən və ya sonrasında xərclər həddindən artıq görünəndə, narazılıq yarananda valideynlər məsuliyyəti üzərlərinə götürmək istəmirlər. Günahkar axtarışı başlayır və ən rahat hədəf müəllimlər olur”.

Lakin bəzi hallarda müəllimlər də dolayı yolla prosesə qoşulurlar. Təşəbbüs elə müəllim tərəfindən dəstəklənir, amma əsas iş prosesi və məsuliyyət valideynlərin öhdəsinə buraxılır.

Nəticədə müəllimlərin tərəddüdlü “müdaxiləsi” sabah onun öz əleyhinə çevrilir.

Bunun qarşısını almağın bir yolu var: məktəblərdə belə tədbirlərin müəllimlərin iştirakı olmadan, valideynlərin şəxsi təşəbbüsü kimi yazılı şəkildə təsdiqlənsin. Necə deyərlər: “Söz uçar, yazı qalar”. Bundan sonra da öz aralarında seçilmiş valideyn komitələri ortaq və şəffaf razılığa gəlsinlər. Ən əsası, normal və sadə son zəng mədəniyyəti formalaşdırılmalıdır. Yəni mütləq təmtəraq olması vacib deyil.

Şəfiqə, Şəfa. Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandı

Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandı

End of content

No more pages to load

RADİO