Şabran şəhərinin Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Siyəzən sakini, 29 yaşlı Rəhim Bəybala oğlu Kərimovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil ağaca dəyib.
Nəticədə avtomaşındakı sərnişin, Şabran sakini, 28 yaşlı Orxan Muradov yerindəcə ölüb.
Fakta görə Şabran polis şöbəsində cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu