Qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ! Mayın 30-da...

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi mayın 30-da saat 23:59-da başa çatacaq.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
 

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.


Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub. Vəsaitlərin elektron versiyasını isə (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək Azərbaycan dili imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar.
 

Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar.


Daha sonra subbakalavrlar 30 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər. Yəni onlar əvvəlcə “Subbakalavrın elektron ərizə”sini təsdiq edib sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

Qeyd: Orta ixtisas təhsili müəssisəsini cari ildə bitirəcək subbakalavrlar elektron ərizəni yadda saxladıqdan sonra qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilirlər. Ancaq həmin subbakalavrlar da orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra iyulun 10-dək öz ərizələrini təsdiq etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda canavarlar qoyunları parçalayıb

Qaxda canavarlar qoyunları parçalayıb

Zaur ARB ilə bağlı bu məlumatı paylaşıb SİLDİ - EKSKLÜZİV/FOTO

Zaur ARB ilə bağlı bu məlumatı paylaşıb SİLDİ - EKSKLÜZİV/FOTO

Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

Bu şəxslərin ölkədən çıxışına QADAĞA qoyulacaq

Bu şəxslərin ölkədən çıxışına QADAĞA qoyulacaq

İran bu məhsulun ixracını qadağan etdi

İran bu məhsulun ixracını qadağan etdi

74 yaşlı Bülent Ersoya NƏ OLUB? - VİDEO müzakirə yaratdı

74 yaşlı Bülent Ersoya NƏ OLUB? - VİDEO müzakirə yaratdı

Sabah bu ərazilərdə QAZ olmayacaq

Sabah bu ərazilərdə QAZ olmayacaq

Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş - TƏBİB-dən AÇIQLAMA

Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş - TƏBİB-dən AÇIQLAMA

Yollarda görünüş məhdudlaşacaq - Xəbərdarlıq

Yollarda görünüş məhdudlaşacaq - Xəbərdarlıq

Malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK

Malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

İxrac bəyannaməsi bu halda LƏĞV EDİLƏCƏK

İxrac bəyannaməsi bu halda LƏĞV EDİLƏCƏK

Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

End of content

No more pages to load

RADİO