Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
Xatırladaq ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən “Kaspi Kids” uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb.
Qeyd edək ki, sözügedən bağça Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsusdur.
Bizim.Media