Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.
Bizim.Media teleqraf.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şurabad kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədov göbələk yedikdən sonra halı qəfil pisləşib.
O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media