Neftçalada fərdi ev yanıb.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğluna məxsus fərdi yaşayış evi anidən yanmağa başlayıb. Yanğın əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb.
Buna baxmayaraq, ev sahibi B.Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media