Ağstafada piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Poylu qəsəbəsində hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Oqtay Məmmədovu vurub.
Xəsarət alan 59 yaşlı kişi dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu