Xəzərin səssiz çəkilişi – Peykdən baxış

“İqlim dəyişikliyi mövzusu təkcə qlobal səviyyədə deyil, həm də regional elmi ictimaiyyətin diqqət mərkəzindədir. Azərkosmos bu sahədə çalışan tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyan ClimateReport.az platformasını ictimaiyyətə təqdim etməklə, iqlim dəyişikliklərinin müşahidəsi və təhlilində keyfiyyətli və açıq məlumatlara çıxışı mümkün edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov sosial şəbəkə hesabında yazıb.

“Qeyd edilməlidir ki, bu tip məlumatların 50%-dən çoxu peyk müşahidələri vasitəsilə toplanır və bu, xüsusilə geniş və çətin əlçatan ərazilərdə – məsələn, Xəzər dənizi hövzəsində baş verən dəyişikliklərin izlənməsi baxımından əvəzsiz vasitədir.

Məlumdur ki, Xəzər dənizində su səviyyəsinin enməsi tendensiyası artıq açıq şəkildə müşahidə olunur.

Azərkosmos bu prosesi peyk texnologiyaları vasitəsilə izləyir və modelləşdirir. Müşahidələr göstərir ki, dənizin şimal hissəsində, xüsusilə Qazaxıstan sahillərində sahil xəttinin geri çəkilməsi artıq nəzərəçarpacaq həddə çatıb.


Modelləşdirmə əsasında müəyyən olunur ki, Xəzərin su səviyyəsi 1, 2 və ya 3 metr azaldıqda hansı geofiziki və sosial nəticələr baş verə bilər. Məsələn, 2 metrlik azalma halında Pirallahı adasının əsas yarımadaya birləşməsi ehtimalı yüksəkdir. Belə ssenarilər peyk məlumatlarına əsaslanan simulyasiyalar vasitəsilə real vaxt rejimində təhlil olunur.

ClimateReport.az platformasında xüsusilə Xəzər dənizi üzrə aparılan müşahidələr diqqət çəkir – su səviyyəsinin azalması, sahil xəttinin dəyişməsi, duzluluq və temperatur fərqləri kimi dinamik dəyişikliklər aydın şəkildə vizuallaşdırılır.

Bununla yanaşı, qar örtüyü, buzlaqlar və digər kriosfer komponentlərinin monitorinqi sayəsində platforma startaplar, tədqiqatçılar və kənd təsərrüfatı mütəxəssisləri üçün strateji əhəmiyyətə malik açıq məlumat bazası təqdim edir. Bu kimi rəqəmsal resurslar elm, innovasiya və texnologiya arasında dayanıqlı əlaqə yaradır.

2024-cü ilin aprel ayında Azərkosmos tərəfindən istifadəyə verilmiş ClimateReport.az platforması son illəri əhatə edən torpaq, su, hava və qar örtüyü ilə bağlı peyk məlumatlarını vizual və müqayisəli formada ictimaiyyətə təqdim edir. Platforma həmçinin son 30 illik dövrü əhatə edən peyk monitorinqi nəticələrini ehtiva edir. İnteraktiv qrafiklər və xəritələr vasitəsilə təqdim olunan bu məlumatlar həm Azərbaycan, həm də ingilis dillərində əlçatandır".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Afranın yeni sevgilisi

Afranın yeni sevgilisi

AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

Corcia Meloninin Bakıya planlaşdırılan səfərini müzakirə etdilər...

Corcia Meloninin Bakıya planlaşdırılan səfərini müzakirə etdilər...

5 dəqiqəyə adamı yatızdıran ÇAY

5 dəqiqəyə adamı yatızdıran ÇAY

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - HƏBS edildi - VİDEO

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - HƏBS edildi - VİDEO

İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

Son sutkada və bu vaxtadək Livanda ölənlərin SAYI

Son sutkada və bu vaxtadək Livanda ölənlərin SAYI

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Prezident ailəsinin Qəbələdən səmimi FOTOSU

Prezident ailəsinin Qəbələdən səmimi FOTOSU

Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa MÜRACİƏT ETDİ

Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa MÜRACİƏT ETDİ

End of content

No more pages to load

RADİO