Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin AÇILIŞI OLDU - FOTO

Mayın 27-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev QHGT Tədqiqat Mərkəzinin gənclərin prioritet və perspektivlərini ön planda saxlayaraq onların qlobal problemlərin həllində mənalı iştirakına mühüm töhfələr verəcəyini qeyd edib.

Nazir müavini Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tədqiqatçılarının elmi-texniki potensialının artırılmasında QHGT Tədqiqat Mərkəzinin vacib rol oynayacağını vurğulayıb.
 

Sonra BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək dayanıqlı inkişaf sahəsində gənclərin iştirakına yönəlmiş bilik və təcrübə mübadiləsinin önəmindən bəhs edib.


QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Tədqiqat Mərkəzinin Qoşulmama Hərəkatı gənclərinin ideyalarını biliyə çevirərək onların səsinin qlobal arenaya çatdıran bənzərsiz bir platforma olacağına inandığını bildirib.

QHGT-nin Beynəlxalq əlaqələr və Tədqiqat Mərkəzi üzrə koordinatoru Səma Bağırovanın moderatorluğu ilə davam edən tədbirdə QHGT-nin fəaliyyət dövrü ərzində həyata keçirdiyi layihələrini əks etdirən videoçarx nümayiş olunub və Tədqiqat Mərkəzinin meneceri Kamilla Məmmədova tərəfindən Mərkəzin əsas istiqamətləri, o cümlədən illik fəaliyyət planı barədə təqdimat verilib.

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli COP29 tədbirinin davamı olaraq, QHGT-nin Tədqiqat Mərkəzi cari ildə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi və su resurslarının səmərəli idarə olunması sahələrində innovativ yanaşmaları və onların tətbiqi imkanlarını araşdırır.
 

Tədbir çərçivəsində mərkəzin gələcək fəaliyyət istiqamətləri, planlaşdırılan elmi tədqiqatların prioritet sahələri və əməkdaşlıq imkanları da müzakirə olunub. Qonaqlara QHGT-nin nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin kitabxanası və müxtəlif resursları ilə bağlı məlumat verilib.


Tədbir zamanı, həmçinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəsmi internet səhifəsinin təqdimatı keçirilib.

İnternet səhifəsi QHGT-nin fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumat bazası olmaqla yanaşı, təşkilat barədə yeniliklərin aydın və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentin maşınında selfi çəkdi - Foto

Prezidentin maşınında selfi çəkdi - Foto

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürüldü

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürüldü

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO