BİZİM TƏQVİM: 28 mayda baş vermiş tarixi hadisələr

1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir müstəqil Azərbaycanda 28 May - Respublika Günü dövlət səviyyəsində qeyd edilir.

Bəs, mayın 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 1812-ci ilin 28 mayında Osmanlı dövləti ilə çar Rusiyası (Romanovlar) arasında Bükreş müqaviləsi imzalandı və Osmanlı – Rusiya müharibəsi sona çatdı.

2. 28 may 1830-cu ildə ABŞ-ın 7-ci prezidenti Endryu Cekson  Amerikadakı qırmızı dərililərin yer-yurdlarından çıxarılması və başqa yerlərə sürgün edilməsinə dair Yerli Məskunlaşma Qanununu imzaladı. Hərbi güc istifadə edilərək 100 min qızıldərili ölkənin qərbinə sürgün edildi. Köç zamanı 30 min qırmızı dərili həyatını itirdi. 

3. 1913-cü ilin 28 may tarixində Osmanlı dövlətində ilk feminist təşkilat sayılan Teali-i Nisvan, yəni Qadınların Vəziyyətini Yaxşılaşdırma Dərnəyi quruldu.

4. 1952-ci ilin 28 mayında Yunanıstanda qadınlara seçmə haqqı verildi.

5. 28 may 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Qurumu - UNESCO “Ən çox danışılan dillər” sırasına Türkiyə türkcəsini də qəbul etdi.

6. 1961-ci ilin 28 may tarixində Londonda Beynəlxalq Əfv Təşkilatı yaradıldı.

7. Soyuq müharibənin gərgin dövründə “Cesna” təyyarəsi ilə Qərbi Almaniyadan yola düşən pilot Matias Rust Sovet hava müdafiəsi sistemini atladaraq 28 may 1987-ci ildə Qırmızı Meydana endi. Bu hadisə SSRİ-nin dağılması və Soyuq Müharibənin sona çatması prosesinin dönüş nöqtələrindən biri oldu.

8. 28 may 1992-ci ildə Naxçıvanla Türkiyə arasında Sədərək-Dilucu Ümid Körpüsünün açılış mərasimi oldu. O vaxta qədər tam blokada şəraitində yaşayan Naxçıvan ağır iqtisadi sosial problemlər məngənəsində sıxılırdı.

28 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Ümumtürk dünyasının dahi şairi, Azərbaycan ədəbi-bədii dilinin banilərindən biri Məhəmməd Füzuli 1494-cü ilin bu günü İraqın Kərbəla şəhərində anadan olub. O, Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb-yaradıb. Lirikası dərin fəlsəfi məzmuna malikdir. Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir.  Füzulinin “Bəngü-badə”, “Yeddi cam”, “Səhhət və mərəz”, “Şikayətnamə” əsərləri də dərin fəlsəfi fikirlərlə doludur. O, öz əsərlərilə Azərbaycan bədii dilini yeni səviyyəyə qaldıraraq klassik ədəbiyyata, eləcə də digər türkdilli xalqların poeziyasına güclü təsir göstərib. Əsərləri dünyanın əksər ölkələrində çap olunub (1494-1556).

2. 28 may Türkiyə ədəbiyyatının mühüm adlarından biri, şair Edip Canseverin xatirə dünüdür. O, 1986-cı ilin bu günü 58 yaşında dünyasını dəyişib. (1928-1986)

3. 1925-ci ilin bu günündə siyasi xadim, şair, jurnalist, publisist Mustafa Bülənt Ecevit anadan olub (1925-2006).

4. 28 may 1927-ci ildə məşhur kaman ustası, Azərbaycanın Xalq Artisti Habil Əliyev dünyaya gəlib(1927-2015). Onun ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub.

5. 28 may 1936-cı ildə Əməkdar artist Aqşin Vəlixanov (1936 – 21.7.1998) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Kinoda, televiziya tamaşalarında çəkilib.

6. 28 may 2021-ci ildə Əməkdar artist, müğənni Zöhrə Abdullayeva (16.12.1952 – 2021) vəfat edib.

7. 28 may 1934-cü ildə Gürcüstanın Xalq artisti Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentin maşınında selfi çəkdi - Foto

Prezidentin maşınında selfi çəkdi - Foto

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürüldü

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürüldü

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO