Xəbər verdiyimiz kimi, dünən saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.
Bizim.Media verir ki, Laçın rayonunda vəfat edən Elməddin Nəsibovun sosial şəbəkələrdə videosu yayılıb.
Görüntülər 2-ci Qarabağ müharibəsi zamanı işğaldan azad edilən Zəngilan rayonunda çəkilib. O, torpaqların azad edilməsi üçün müharibədə iştirak etdiyindən çox qürur duyduğunu deyib.
Bizim.Media