Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Vasif Məhərrəmli tərəfindən səsləndirilən mal-mülk iddialarına cavab verib.
Bizim.Media xəbər verir ki, sənətçi Avropada evlərə sahib olması məlumatları haqda “İncə səhər” verilişində danışıb.
O, həmkarının yalan danışdığını bildirib: “Vasif yalan danışır. O əslində zarafat edib. Mənim bir evim, bir bağım, bir də maşınım var”.
Xatırladaq ki, bir müddət öncə əməkdar artist Vasif Məhərrəmli N.Ələsgərlinin övladlarının Estoniya və Belçikada mülkləri olduğuna dair iddialar səsləndirmişdi.
Bizim.Media