Azərbaycanda internet BƏLASI – Qızıl qiymətinə təklif olunan İNHİSARÇILIQ

Azərbaycanda internet paketlərinin qiymətləri həddindən artıq bahadır. Türkiyə, Rusiya və Qazaxıstanda olan qiymətlərdən qat-qat baha olan internet tarifləri gəliri aşağı olan insanlar üçün çətinliyə çevrilib. Üstəlik keyfiyyət və surət həddi də qənaətbəxş deyil. İllərdir gileyli məsələyə çevrilən internet mobil operatorlarda da əlçatanlığı aşağı salıb.

Provayderlərlə yanaşı yüksək xidmət tarifləri təklif edən mobil operatorların sürətli internet anlayışı öz həllini tapmır. Mobil operatorlara məxsus datakartlarda hər meqabayta görə internet “qızıl qiymətinə” təklif olunur. 

Maraqlıdır, xidmət səviyyəsi aşağı, tarifləri isə baha olan internet qiymətləri necə hesablanır? 

İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında deyib ki, məsələnin kökündə internet pravayderlərinin azlığı ilə bağlı rəqabət mühitinin zəif olması dayanır:

“Ölkəyə internet bir mərkəzdən – dövlət müəssisəsi olan “Delta Telecom” tərəfindən daxil olur. Yəni bir nöqtədən daxil olur və digər pravayderlərə tariflər satılır. O tariflər də provayderlər tərəfindən fərdi qaydada bölüşdürülür. Amma problem ondan ibarətdir ki, internet ölkəyə bir mərkəzdən daxil olub paylandığına görə provayderlərə satılan internet tariflərində elə ciddi fərq yoxdur.

Provayderlər inhisarçı şirkətin qoyduğu qiymətə öz xidmət haqqını da əlavə edərək satmaqla məşğuldur. Bir sözlə provayderlərdə aşağı-yuxarı internet tarifləri eynidir. Ona görə də qiymətlərin aşağı düşməsi üçün bu sahədə rəqabətli mühitin formalaşmasına geniş ehtiyac var”.

Ölkədə provayderlərin sayının az olduğunu vurğulayan ekspert bu xidmətlə məşğul olan şirkətlərin sayının artırılmasının vacibliyini önə çəkib:

“Bu gün Azərbaycanda internet alışı və paylanışı vahid mərkəzdən tənzimlənir. Belə bir inhisarçılığın formalaşması qiymətlərin diktə olunmasında mühüm rol oynayır. Eyni halı mobil operatorlar haqqında da demək olar. Bilirik ki, mobil rabitə bazarında 3 operator fəaliyyət göstərir.

İnternet tarifləri də o 3 operator arasında sanki sövdələşmə və eyni yanaşma ilə həyata keçir. Cəmi 3 şirkətin belə xidmət təklif etməsi seçim imkanlarını məhdudlaşdırır və o şirkətləri də mobil internet bazarında öz qiymətlərini diktə etməyə imkan yaradır.

Yəni burada da rəqabət mühitinin zəif olması qiymtlərin yüksəlməsində əhəmiyyətli yer tutur. Məsələn kiçik bazarı olan Gürcüstanda bizdən az qala 2 dəfə çox, 6-7 mobil rabitə xidməti fəaliyyət göstərir.

Bu da rəqabətli mühitin formalaşmasına və qiymətlərin aşağı düşməsinə birbaşa təsir edir. Hesab edirəm ki, həm internet xidməti göstərən şirkətlərin sayı artmalıdır, həm də bazarımızda xaricdən internet trafiki alma imkanına malik olan başqa şirkətlər də olmalıdır“.

Ekspert təklif olunan internet xidmətləri müqabilində keyfiyyətin aşağı olması məsələsinə də toxunub.

O, deyib ki, insanlar qiymətlərdə azca fərq olan kimi aşağı tarif təklif edən pravayderləri seçirlər:

“Azərbaycanda sürətli internet anlayışı hələ də oturuşmayıb. Digər ölkələrlə müqayisədə sürət kifayət qədər aşağıdır. Bu qanunvericilik çərçivəsində də tənzimlənmə olmalıdır ki, qiymətlə keyfiyyət arasında bağlılıq olsun”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhməd əş-Şəraa Vaşinqtona səfər edəcək

Əhməd əş-Şəraa Vaşinqtona səfər edəcək

Bakıda aqrar profilli QHT-lərin ictimai müzakirəsi keçirildi

Bakıda aqrar profilli QHT-lərin ictimai müzakirəsi keçirildi

Tramp İranı ələ saldı: “Allaha həmd edib təslim ola bilər”

Tramp İranı ələ saldı: “Allaha həmd edib təslim ola bilər”

Azərbaycan və Qazaxıstan parlamentariləri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət ediblər - FOTO

Azərbaycan və Qazaxıstan parlamentariləri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət ediblər - FOTO

Toyuq ətinin maya dəyəri aşağı DÜŞƏCƏK

Toyuq ətinin maya dəyəri aşağı DÜŞƏCƏK

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi - FOTO

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi - FOTO

Sahil Quliyev: Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir

Sahil Quliyev: Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO/VİDEO

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO/VİDEO

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Lazada sürüşmə oldu

Lazada sürüşmə oldu

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Bu il 116 550 şagird məzun olur

Bu il 116 550 şagird məzun olur

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

End of content

No more pages to load

RADİO