ABŞ-ın Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb.
Bildirilib ki, Bostonda yaşayan Ceyhun Sadıbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb.
Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Bizim.Media