Ötən il 185 yetkinlik yaşına çatmayan şəxsə nikaha girməyə icazə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, respublikanın 14 iqtisadi rayonu üzrə 2024-cü ildə nikah yaşının bir il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzürlü səbəblər müəyyən edildikdən sonra 185 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Statistik rəqəmlər göstərir ki, nikah yaşının bir il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 azalma var.
Günay Şahmar, Bizim.Media