Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə səfərbərlik və hərbi xidmətə çağırış, eləcə də ehtiyatda olan şəxsi heyətin qeydiyyatı sahəsində vəziyyətin bu istiqamətdə aparıcı dövlətlərdə görülən işlərlə uyğunlaşdırılması üzrə tədbirlər keçirilir.

Belə ki, qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində bir sıra qanunlara dəyişikliklər edilib. Həmçinin çağırışçılar və hərbi vəzifəlilər özləri haqqında məlumatları vaxtında vermədikdə, möhlətləri olanlar tələb edilən vaxtda xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə gəlmədikdə barələrində İnzibatı Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən tətbiq olunacaq tədbirlər də sərtləşdirilib.
 

Artıq vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar.


Bununla yanaşı hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət, növbəti müayinə vaxtı və digər məlumatlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi biletdəki məlumatlarla //e-qanun.az/framework/31791 saytında tanış olmaq mümkündür).

Bəs qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır?

Ümumiyyətlə vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri vardır?

Bizim.Media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, əslində hərbi vəzifəlilərin öhdəlikləri onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub.

“Qeyd edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır. Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir. Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır”, - o əlavə edib.

Şöbə rəisinin sözlərinə görə, qanunda edilən dəyişikliklərə görə hərbi uçot, hərbi qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozan vətəndaşlara münasibətdə məsuliyyət tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb.

“2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı hamının “Dəmir yumruq” ətrafında birləşərək Vətənin müdafiəsinə getmək istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş etdirdi.

Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında olan münasibətlərin daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, - deyə, P. Sədrəddinov söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Məşhur türkiyəli aktyor infarkt keçirdi – FOTO

Məşhur türkiyəli aktyor infarkt keçirdi – FOTO

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı - FOTO

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı - FOTO

Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

"Arka sokaklar" mövsüm finalına hazırlaşır - 20 ildir yayımlanır

"Arka sokaklar" mövsüm finalına hazırlaşır - 20 ildir yayımlanır

Müəllimləri əvəzləyən platforma yaradıldı – Repetitorların “bazarı” bağlanır?

Müəllimləri əvəzləyən platforma yaradıldı – Repetitorların “bazarı” bağlanır?

Ağ Ev Tramp və Kral III Çarlzın fotosunu “İki kral” sözləri ilə paylaşdı - FOTO

Ağ Ev Tramp və Kral III Çarlzın fotosunu “İki kral” sözləri ilə paylaşdı - FOTO

Qızıl və gümüş yenidən bahalaşır

Qızıl və gümüş yenidən bahalaşır

GÜNÜN HAVASI: Şimşək, dolu, qar...

GÜNÜN HAVASI: Şimşək, dolu, qar...

Müdafiə Nazirliyində 143 milyonu mənimsəyən rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Müdafiə Nazirliyində 143 milyonu mənimsəyən rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

End of content

No more pages to load

RADİO