Əməkhaqqı sistemi DƏYİŞİR – Maaşlarla bağlı YENİLİK

Son zamanlar saatlıq əməkhaqqı barədə ciddi müzakirələr gedir. Hətta bununla bağlı müvafiq qanunvericilik bazası da hazırlanır. Bununla bağlı Əmək Məcəlləsində müvafiq düzəlişlər təklif edilib. Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid olacağı gözlənilir.

Bəs, saatlıq əməkhaqqını zəruri edən səbəblər hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyir ki, Əmək Məcəlləsinə ediləcək bu dəyişiklik ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha effektiv qorunması məqsədi daşıyır:

“Bu qayda ilk növbədə hamilə və evdar qadınlar üçün yeni imkanlar açacaq. Məlumdur ki, hamilə qadın 8-9 saat dayanmadan işləyə bilməz. Amma hər kəs kimi belə qadınların da işə, pula ehtiyacı var. Başqa bir nümunə: Təkbaşına 3 uşağa baxan işçi üçün standart 9:00–18:00 iş rejimi fiziki və sosial baxımdan qeyri-mümkündür. Yeni dəyişiklik bu cür işçilərə uyğunlaşdırılmış rejim təklif edilməsini təşviq edəcək. Ona görə də saatlıq əməkhaqqı sisteminin tətbiqi vacibdir.

Bu sistem, xüsusilə qeyri-standart və mövsümi işlərdə daha ədalətli əməkhaqqı tətbiqinə imkan verəcək.

Əmək müqaviləsində saatlıq əməkhaqqı məbləği göstəriləcək, iş vaxtının uçotu dəqiq aparılacaq. Minimum saatlıq əməkhaqqı səviyyəsi müəyyən olunacaq, hansı ki, hazırda Azərbaycanda bu göstərici mövcud deyil. Beləliklə, işçi yalnız işlədiyi saatlar üzrə əməkhaqqı alacaq ki, bu da qeyri-müntəzəm işlər üçün əlverişli olacaq.

Mövsümi işlərdə, qısamüddətli layihələrdə və servis sahəsində şəffaflıq artacaq. İşəgötürənlərin iş yükünü optimal planlaşdırması mümkün olacaq. Tutaq ki, restoran və ya pərakəndə satış sahəsində işçi ayda yalnız 10 gün işləyir. Bu halda aylıq əməkhaqqı təyin etmək qeyri-real olur. Saatlıq əməkhaqqı bu problemi aradan qaldırır və əmək münasibətlərini rəsmi müstəviyə keçirir".

Müsahibimiz əlavə edib ki, yeni qayda yeniyetmələrə də əlavə imkanlar açır:

“Sirr deyil ki, yeniyetmə və gənclər müxtəlif ticarət və iaşə obyektlərində çalışırlar. Onlar üçün tətbiq edilən iş saatı ümumi iş saatından çox zaman az olur. Amma qanunvericilkdəki boşluq imkan verir ki, işəgötürən belə işçilərə daha az əmək haqqı müəyyən etsin. Əmək Məcəlləsinə edilən dəyişiklik bu boşluğu da aradan qaldıracaq. Saatamuz çalışan insanlar daha yaxşı əmək haqqı alacaqlar”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

End of content

No more pages to load

RADİO