Türkiyə-Uels görüşündə azarkeşlərin daşınması bu cür yerinə yetiriləcək - QRAFİK

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar hazırlanan nəqliyyat planına əsasən, Türkiyə-Uels görüşünə bilet alan azarkeşlərin daşınması da ekspress marşrutlar vasitəsilə yerinə yetiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, plana uyğun olaraq X-1 marşrut xətti “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatrının önündən, X-2 marşrut xətti isə “28 May” metrostansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyeva küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Türkiyə millisi Bakıda Uels yığması ilə qarşılaşacaq


İyunun 16-da oyun saat 20:00-da başladığı üçün həmin gün daşımalara saat 17:00-da başlanılacaq. Oyun bitdikdən sonra isə ekspress xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.

Oyun bitdikdən sonra isə stadionun ictimai nəqliyyat terminalından təyin olunan məntəqələr üzrə daşımalar icra olunacaq. Azarkeşlər stadionu tərk edərkən şərq və şimal qapıları istiqamətində hərəkət edərək ictimai nəqliyyat terminalına gedə bilərlər. Burada onların daşınması üçün kifayət qədər nəqliyyat vasitəsi hazır vəziyyətdə saxlanılacaq.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Uels komandasının xaricdən gələn biletli azarkeşləri P21 xətti üzrə avtobuslarla Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"-un qarşısı və əks istiqamətdə daşınacaq.

Qardaş Türkiyə komandasının ölkəmizə gələn azarkeşləri isə P22 xətti üzrə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətdə daşınacaq.

Qeyd olunduğu kimi, P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.
 

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq.


Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə” 5 futbolçu ilə yeni müqavilə İMZALADI

“Zirə” 5 futbolçu ilə yeni müqavilə İMZALADI

Paşinyan müxalifətə bəraət verən məhkəmələri hədələdi

Paşinyan müxalifətə bəraət verən məhkəmələri hədələdi

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Kənd təsərrüfatı torpaqları ilə bağlı yeni mexanizm TƏTBİQ OLUNACAQ – RƏSMİ

Kənd təsərrüfatı torpaqları ilə bağlı yeni mexanizm TƏTBİQ OLUNACAQ – RƏSMİ

Valideynlərin gözlədiyi QƏRAR: Azərbaycan yeni qaydalara keçir

Valideynlərin gözlədiyi QƏRAR: Azərbaycan yeni qaydalara keçir

Fermerlərin DİQQƏTİNƏ – Nazirdən mühüm dəyişikliklərin ANONSU

Fermerlərin DİQQƏTİNƏ – Nazirdən mühüm dəyişikliklərin ANONSU

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Erməni zabit tank təlimlərində HƏLAK OLDU

Erməni zabit tank təlimlərində HƏLAK OLDU

Culfada yaşayış binasında GÜCLÜ YANĞIN – Ana və övladı xəsarət aldı – VİDEO

Culfada yaşayış binasında GÜCLÜ YANĞIN – Ana və övladı xəsarət aldı – VİDEO

Bu ölkələrin futbol klubları Qəbələyə GƏLƏCƏK?

Bu ölkələrin futbol klubları Qəbələyə GƏLƏCƏK?

Roma Papası məşhur repçinin pərəstişkarı imiş...

Roma Papası məşhur repçinin pərəstişkarı imiş...

ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında – FOTO

ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında – FOTO

PUA hücumunda həyatını itirən kapitan köməkçisi Zaqatalada dəfn olundu

PUA hücumunda həyatını itirən kapitan köməkçisi Zaqatalada dəfn olundu

Rusiya səfirliyindən Gümrüdəki memorialın təhqir olunmasına REAKSİYA – VİDEO

Rusiya səfirliyindən Gümrüdəki memorialın təhqir olunmasına REAKSİYA – VİDEO

Tanınmış bloger öz evində vəhşicəsinə öldürüldü

Tanınmış bloger öz evində vəhşicəsinə öldürüldü

Məhərrəm ayının başlama tarixi və Aşura gününün VAXTI AÇIQLANDI

Məhərrəm ayının başlama tarixi və Aşura gününün VAXTI AÇIQLANDI

Bakıda əmlak bazarında BAHALAŞMA DALĞASI - Torpağın qiyməti sürətlə artır - CƏDVƏL

Bakıda əmlak bazarında BAHALAŞMA DALĞASI - Torpağın qiyməti sürətlə artır - CƏDVƏL

DYP-dən köhnə avtomobil sahiblərinə XƏBƏRDARLIQ

DYP-dən köhnə avtomobil sahiblərinə XƏBƏRDARLIQ

Ehtiyatsızlıqdan özünə xəsarət yetirən 74 yaşlı kişi HƏYATINI İTİRİB

Ehtiyatsızlıqdan özünə xəsarət yetirən 74 yaşlı kişi HƏYATINI İTİRİB

Rusiya sərhədçiləri avropalıların Meğriyə gedişinə icazə vermədi – DETALLAR

Rusiya sərhədçiləri avropalıların Meğriyə gedişinə icazə vermədi – DETALLAR

Azərbaycanda əhalinin neçə faizi siqaret ÇƏKİR?

Azərbaycanda əhalinin neçə faizi siqaret ÇƏKİR?

Paşinyandan Ermənistanın KTMT-dən çıxarılması məsələsinə REAKSİYA

Paşinyandan Ermənistanın KTMT-dən çıxarılması məsələsinə REAKSİYA

FTB-dən xüsusi əməliyyat: ABŞ məmurlarını casusluğa cəlb edən Çin şəbəkəsi ifşa olundu

FTB-dən xüsusi əməliyyat: ABŞ məmurlarını casusluğa cəlb edən Çin şəbəkəsi ifşa olundu

Ən mehriban və səmimi insanların doğulduğu 4 gün

Ən mehriban və səmimi insanların doğulduğu 4 gün

End of content

No more pages to load

RADİO