Nizami Alışanın məhkəməsində əlavə şahidlər DİNDİRİLƏCƏK

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iştirak etmədiyindən hakim onun proseslərdə iştirakının vacib olduğunu müdafiə tərəfinə xatırladıb.

Prosesdə şahid qismində xarici şirkətin Azərbaycandakı nümayəndəsi Rövşən Dadaşovun iştirakının təmin edilməsi ilə bağlı İstintaq təcridxanasına müraciət ediləcəyi bildirilib. Qeyd edilib ki, onun barəsində artıq hökm oxunub və bu səbəbə görə də onun iştirakı təmin olunmayıb.
 

Nizami Alışanın vəkili vəsatətə verərək "İnvest.az"ın Müşahidə Şurasının üzvü Ceyhun Abdullayevin şahid qismində çağırılmasını xahiş edib.


Vəsatət baxılmamış saxlanılıb.

Növbəti proses mayın 29-na təyin olunub.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min dollar, Zeynal Usubovun 945 min dollar, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıblar.

Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

Sabahın havası: 38 dərəcə isti olacaq

Sabahın havası: 38 dərəcə isti olacaq

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Həqiqətin səsi Şuşadan gələndə

Həqiqətin səsi Şuşadan gələndə

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

End of content

No more pages to load

RADİO