Cəlilabad rayonunun Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allahverən oğlu Biləsuvar rayonunun Ovçubərə kəndi ərazisində yerləşən maldarlıq obasında baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin araşdırmalara əsasən, mərhum ata mindiyi zaman yıxılıb və ayağı üzəngiyə ilişib.
Bu zaman at onu bir müddət sürüyüb, nəticədə T. Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibbi ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu