BİZİM TƏQVİM: Mayın 13-də baş vermiş tarixi hadisələr

2013-cü ilin bu günündə Avstriyanın paytaxtı Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərkəz Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli Sərəncamı əsasında, Avstriyada ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə yaradılıb.

Bəs, mayın 13-də dünyada daha hansı hadisələr baş verib?

1. 13 may 1277-ci ildə Qaramanoğlu Mehmet Bəy Konya şəhərini Qaramanoğulları torpaqlarına daxil etdi və türkcəni rəsmi dil elan etdi.

2. 1846-ci ildə ABŞ Konqresi sərhəddəki keşik hissələrinə basqın edilməsini amil kimi göstərərək Meksikaya müharibə elan edib.

3. 13 may 1920-ci ildə Ədirnə Konqresi başa çatıb. Birinci Dünya müharibəsi nəticəsində Antanta dövlətlərinin Şərqi Trakiyanı yunanlara vermə qərarı qarşısında yığıncaq keçirilən Ədirnə Konqresində Trakiyanın heç bir şərt daxilinda yunanlara təslim edilməyəcəyi qərara alınıb.

4. 1930-cu ilin 13 may tarixində sonuncu vəhşi Tasmaniya canavarı öldürülüb.

5. 13 may 1950-ci ildə İngiltərənin Silverstoun şəhərində ilk “Formula-1” çempionatının ilk yarışı keçirilib. Yarışların ilk qalibi 44 yaşlı italiyalı pilot Cuzeppe Nino Farina olub.

6. 13 may 1981-ci ildə Papa II Jan Paul Mehmet Əli Ağca tərəfindən vurularaq yaralanıb.

7. 2005-ci ilin bu günündə Özbəkistanın Əndican şəhərində əsgərlərin etirazçılara atəş açması nəticəində yüzlərlə insan öldürülüb.

8. 2014-cü il mayın 13-də Türkiyədə Soma kömür mədənində faciə baş verib. Hadisə nəticəsində 301 mədənçi ölüb, 80-dən çoxu yaralanıb. Türkiyə, Şimali Kıbrıs Türk Cümhuriyyəti və Pakistanda milli matəm elan olunub.

13 may tarixində bu şəxsiyyətlər xatırlanır:

1. 1096-cı ilin bu günündə  Azərbaycanda intibah dövrünün ilk qadın şairi, dahi rübai ustası, ilk şahmatçı qadın, N.Gəncəvinin müasiri Məhsəti Gəncəvi anadan olub (1096-1160).

2. 13 may 1929-cu ildə. Azərbaycan şairi, tərcüməçi, Əməkdar İncəsənət Xadimi Hikmət Ziya anadan olub (1929-1995).

3. 1943-ci ilin bu günündə Azərbaycanın Xalq Yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, ictimai xadim, professor Elçin Əfəndiyev dünyaya gəlib.

4. Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin anım günüdür. O 1982-ci ilin may ayının 13 –də 64 yaşında dünyasını dəyişib.

5. 13 may 1809-cu ildə Azərbaycan poeziyasının tanınmış simalarından biri Molla Vəli Vidadi vəfat edib.

6. Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev 13 may 1985-ci ildə anadan olub( 1985-2020)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

End of content

No more pages to load

RADİO