Eyni proqram, müxtəlif nəticə - Lisey və gimnaziyaların məktəblərdən ƏSAS FƏRQİ

Ümumtəhsil məktəblərində təhsilin səviyyəsi çox zaman məzunlarının buraxılış və qəbul imtahanlarında topladığı ballarla qiymətləndirilir. Hansı məktəbin yuxarı bal toplayan yetirməsi çoxdursa, o məktəb daha nüfuzlu, daha yüksək təhsil verən hesab edilir.

Son illər isə ayrı-ayrı orta məktəblərin məzunları uğurlu nəticə göstərsə də, bu məsələdə lisey və gimnaziyalar öndədir. Məsələn, ötən - 2024-cü il üzrə buraxılış və qəbul imtahanlarında ən yüksək nəticələr əldə edən 17 məktəbdən 14-ü lisey və gimnaziyalar olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan dilindən imtahan verə bilməyənlərin aqibəti NECƏ OLACAQ?


Maraqlıdır, hər iki təhsil müəssisəsində eyni dərslər tədris olunur, eyni dərsliklərdən istifadə edilirsə, nəticələr niyə fərqlidir?

Bizim.Media-nın mövzu ilə bağlı sualını cavablandıran təhsil eksperti Elşən Qafarovun fikrincə, bu təhsi müəssisələrini müqayisə etmək doğru deyil:

“Buraxılış imtahanları NK-nın 12 dekabr 2016-cı il 498 nömrəli qərarına əsasən ümumtəhsildə təhsilalanların yekun attestasiya qaydalarına uyğun olaraq aparılır. Buraxılış imtahanlarında tədris dili xarici dil və riyaziyyat fənnindən imtahan verirlər. Amma orta təhsil səviyyəsini bitirmək buraxılış imtahanlarından ibarət deyil. Yəni təhsil alanların bilik və bacarıqlarının səviyyəsini yalnız 3 fənnlə dəyərləndirmək doğru deyil. Təəssüf ki, biz yalnız bu 3 fənn üzrə nəticələri müzakirə edirik”.

Lisey və gimnaziyaların yüksək nəticə göstərməsini isə Elşən müəllim normal hal hesab edir:

“Çünki bu təhsil müəssisələrində seçmə uşaqlarla işlənilir, şagirdlər imtahanla qəbul olunur. Eyni zamanda lisey və gimnaziyalarda repetitorluq çox geniş vüsət alıb. Əslində isə belə olmalı deyil. Heç olmazsa bu təhsil müəssisələrində repetitorluq olmamalıdır. Təəssüf doğurucu olsa da, bu, belədir. Məhz bu səbəblərdən də həmin məktəblərdə ciddi rəqabət mühiti var. Amma orda məktəblərdəki dərsliklər tədris olunur. Halbuki oradakı müəllimlərinin hazırladığı vəsaitlər kitab mağazalarında əl-əl axtarılır. Yəni orda təhsilin səviyyəsi sadəcə, seçmə uşaqlarla fərqlənir.

Amma digər məktəblərdə yalnız şagirdlərlə işləmirlər.  Ümumtəhsil məktəblərinin vəzifəsi təhsillə yanaşı, həm də nizam-intizamdır. Burada davamiyyət problemi var, eləcə də, tərbiyə sahəsində çalışırlar. Ona görə də onları digər məktəblərlə müqayisə etmək doğru olmaz”.

Elşən Qafarovun fikrincə, biz ümumtəhsil məktəblərinin reytinq sistemini yaratmalıyıq:
 

“Bu sistemi yaradanda da lisey və gimnaziyaları ayırmalıyıq. Onların nəticələri ümumtəhsil məktəblərinin nəticələri ilə müqayisə olunmamalıdır. Çünki burda şərait, məqsəd, hədəf tamamilə fərqlidir. Lisey-gimnaziyaları bir-biri ilə müqayisə etmək lazımdır. Eyni zamanda şəhər məktəblərini kənd məktəbləri ilə, yaxud tam orta məktəbləri bir-biri ilə yarışdırmalıyıq. Çünki həm infrastruktur, həm orda olan təhsil mühiti baxımından məktəblərlə lisey-gimnaziyalar tamamilə fərqlidir.


Bu baxımdan bizim təhsil inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulmuş hədəf tədbirlərdən biri də ümumtəhsil müəssisələrinin reytinq sistemini yarartmaqdır. Biz onu yarada bilmirik. Bu məsələni gecikdiririk. Birmənalı şəkildə ümumtəhsil məktəblərində lisey və gimnaziyalar ayrılmalıdır, ayrıca kateqoriyada olmalıdır”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

Sabahın havası: 38 dərəcə isti olacaq

Sabahın havası: 38 dərəcə isti olacaq

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Həqiqətin səsi Şuşadan gələndə

Həqiqətin səsi Şuşadan gələndə

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

End of content

No more pages to load

RADİO