Azərbaycanda autizmli uşaqlara hansı sosial yardımlar olunur? – ARAŞDIRMA

İnsan orqanizmi istənilən yaş dövründə və müxtəlif səbəbdən xəstələnə bilər. Bəzi xəstəliklər anadangəlmə, bəziləri isə sonradan qazanılır. Anadangəlmə xəstəliyin xoşagəlməz tərəfi uşaqlara özləri də bilmədən valideynləri tərəfindən qazandırılması və onların kiçik yaşlarından xəstəliyə düçar olmasıdır.

Bu xəstəliklərə autizm spektr pozuntusunu nümunə göstərə bilərik.

Autizm nədir?

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən Bizim.Media-ya bildirilib ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf pozuntusudur.
 

MÖVZU İLƏ BAĞLI:

“6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ


Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edilir.

Autizmin yaranma səbəbləri

Mərkəzdən bildirilib ki, autizmin səbəbləri multifaktor xarakter daşıyır: genetik aspektləri, immunsisteminin zəifliyi, ekologiya qida, makro və mikroelementlərin defisiti və s. Autizm spektrli pozuntuların inkişaf riskinə təsir göstərən prenatal risk faktorları, yəni valideyin yaşı, ananın fiziki və psixi sağlamlığı, natal və postnatal faktorlar rol oynayır.

Xəstəliyin müalicəsi necə aparılır?

Mərkəzin məlumatında qeyd edilib ki, autizmin dərman üsulu ilə müalicəsinin elmi sübutu öz yerini tapmayıb:
 

“Autizmin müalicəsi psixososial müdaxilələrdən ibarətdir. Bu tədbirlərin məqsədləri sosial qarşılıqlı münasibətləri və fəaliyyəti inkişaf etdirmək, ünsiyyətin yaxşılaşdırılması, davranışı mümkün qədər uyğunlaşması, bacarıqların artırılması, təhsil mərhələlərinə inteqrasiya strategiyasını hədəf almaqdır. Geniş istifadə olan ABA metodikası sayılır (Davranış analizinin tətbiqi); TEACCH metodikası, kognitiv-terapiyası və s.


Reabilitasiya tədbirləri multidissinar yanaşma nəzərdə tutur (psixoloq, loqoped, psixopedoqoq, bədən tərbiyəsi üzrə mütəxəssis, artterapevt, məşğulluq üzrə mütəxəssis)”.

Uşağın autizmli olduğunu necə bilmək olar?

Autizm erkən yaşda aşkarlanır. Əsas məsələ də valideynin diqqətli olması, uşaqların davranışına xüsusi diqqət ayırması və bunu vaxtında aşkarlamasıdır. Çünki həmin uşaqlarda ən böyük problem göz kontaktının olmamasıdır. Bu əsasən 2-3 yaşdan etibarən özünü göstərir. Diaqnoz isə mütəxəssis rəyi əsasında bəlli olur. Bundan sonra uzun, xüsusi reabilitasiya proqramı başlanılır.

Azərbaycanda autizmli uşaqların sayı

Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, ötən ilin əvvəlinə 3 min 12 uşaq bu diaqnozla qeydiyyata alınıb:

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ilin əvvəlinə ölkənin tibb müəssisələrində uşaq autizmi diaqnozu ilə 611-i qız, 2401-i oğlan olmaqla ümumilikdə 3012 uşaq qeydiyyatda olub”.

Autizmli uşaqlar hansı mərkəzlərdə müalicə alırlar?

Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanda autizm spektr pozuntusu olan uşaqlar Psixi Sağlamlıq Mərkəzində, Uşaq Psixonevroloji Mərkəzində müalicə ala bilirlər:

“Bundan əlavə, ölkəmizin 11 rayonu, Abşeron, Quba, Kürdəmir, Şəki, Zaqatala, Şirvan, Masallı, Lənkəran, Sumqayıt, Gəncə, Ağcabədidə uşaq poliklinikalarının nəzdində Psixi Sağlamlıq bölmələri fəaliyyət göstərir”.

Valideynlər bu müalicə ilə qane olurlarmı?
 

Övladına autizm spektr pozuntusu diaqnozu qoyulmuş bir neçə valdieynlə həmsöhbət olduq. Təəssüf ki, onların hər biri adının açıqlanmasını istəmədi. Valideynlər bu cür uşaqların həmişə psixoloji dəstəyə və komplekt müalicəyə ehtiyac olduğunu deyiblər.


Onlar bildirirlər ki, uşaq poliklinikalarının nəzdində fəaliyyət göstərən psixi sağlamlıq bölmələrində mütamadi müayinə və müalicələrə cəlb olunmaq mümkündür. Hətta xəstəliyin dərmanla müalicəsi mümkün olmasa da qeyri-adekvat davranış sərgiləyən, psixologiyasında yaranmış gərginliyi yumşaltmaq üçün müəyyən dərmanlardan sitifadə edilir və bu dərmanları dövlət qarşılayır. Lakin valdieynlər buradakı müalicələrin tam effktiv olmadığını bildirirlər.

Bəs özəl psixologiya mərkəzlərində durum necədir?

Özəl psixologiya mərkəzlərində bir autizmli uşağın həftədə iki dəfə olmaqla mərkəzdə müalicəyə cəlb olunmasının aylıq qiyməti təxminən 800-1000 manat arasındadır. Əgər uşaq 4 həftə beş gün olmaqla səhərdən axşama kimi mərkəzdə olacaqsa, bu isə 2 minə yaxın məbləğ  edir ki, buna da valideynlərin maddi durumu imkan vermir.

Azərbaycanda həmin uşaqlara hansı sosial yardımlar olunur?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilki məlumata görə Azərbaycanda 4 min 64 uşaq autizm diaqnozu ilə əlillik təyinatı alıb:

“Həmin dövrdə 18 yaşından aşağı əlilliyi olan 44193 şəxs var. 2024-cü ilin ilk 8 ayında, ümumilikdə, 23314 əlilliyi olan uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
 

Agentliyin tabeliyində ambulator, stasionar, onlayn və səyyar formada səmərəli reabilitasiya üsulları tətbiq edilən 4 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdən biri Şəmkir, biri Qəbələ, ikisi isə Bakı şəhərində yerləşir. Bu müəssisələrdə reabilitasiya planına uyğun olaraq uşaqların kompleks şəkildə müalicəsi aparılır. 


Əlilliyi olan uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq məqsədilə "Rehabus" layihəsi fəaliyyət göstərir. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır”.

Qurumun məlumatında əlilliyi olan uşaqların reabilitasiyasında beynəxalq təcrübəyə əsaslanan ippoterapiyadan istifadə olunduğu qeyd olunub:

“Bu terapiya üsulunun autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında təsiri böyükdür”.

Bildiyimiz kimi, bu cür uşaqlar xüsusi təhsilə cəlb edilirlər. Azərbaycanda “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları” qəbul edilib. Həmin uşaqlar diqqət çatışmazlığı, göz kontaktı qura bilməməsi, bəzi hallarda əqli gerilik və qavrama qabiliyyətinin az olması səbəbindən xüsusi təhsilə cəlb olunurlar.

Autizmli uşaqların təhsili

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin uşaqlar müvafiq təhsilə cəlb olunurlar:

“Autizm spektr sindromlu uşaqların müəyyənləşdirilməsi və onların təhsil ehtiyaclarının qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə müəyyənləşdirilir. Qeyd edilən komissiyaların qərarına əsasən uşaq müvafiq təhsilə cəlb olunur. Hazırda ölkə üzrə 68 komissiya fəaliyyət göstərir.

Qeyd edirik ki, autizm spektr pozuntusu tibbi diaqnozdur. Təhsil kontekstində onun səbəb olduğu əqli gerilik, diqqət çatışmazlığı, hiperaktivlik, nitqin inkişafında ləngimə, sosial kommunikasiya və başqa çətinlikləri nəzərə alınır. “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda təlimin sadələşdirilməsi və uyğunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə, uşağın təlim ehtiyacları müəyyənləşdirilir, həmin ehtiyaca uyğun təlim forması seçilir”.
 

Lakin autizmli uşaqların hər biri eyni təhsil müəssisəsində, eyni qrupda təhsil almırlar. Yəni onlar digər nitq qüsuru, əqli geriliyi olan və ya daun sindromlu uşaqlarla birgə tədrisə cəlb olunurlar. Bu da onunla əlaqəlidir ki, uşaqlarda özünü göstərən əlamətlər həkim tərəfindən müəyyən edilir və bu əlamətlərin səviyyəsinə görə qruplar müəyyənləşir. Burada xəstəliyin özü yox, müxtəlif xəstəliklərin yaratdığı əlamətlər və onların dərəcələri əsas götürülür.


Xatırladaq ki, Azərbaycanda cəmi 67 ümumtəhsil müəssisəsində inklüziv təhsil həyata keçirilir.

Valideynlərin dediyinə görə, bütün uşaqlar inklüziv təhsilə cəlb olunmurlar. Çünki onlara əlillik dərəcəsi təyin olunur və buna görə də, məsələn, II və I qrup əlillər təhsilə cəlb oluna bilmirlər. Valideylər deyirlər ki, autizmli uşaqlar öz yaşıdlarının məktəbdən gəlməsinə və məktəb həyatına həsədlə baxırlar. Onlar hər bir autizmli uşağın təhsilə cəlb edilməsinin tərəfdarıdırlar.

Bəs qonşu ölkələrdə autizmli uşaqlar üçün hansı üstünlüklər var? Onlarda bu cür uşaqların müalicəsi dövlət hesabına aparılırmı?

Qonşu ölkələrdə də autizmli uşaqların müalicəsi, təhsili, sosial təminatı istiqamətində bir sıra addımlar atılıb. İranda İran Dövlət Rifah Təşkilatı, xüsusilə əqli gerilik kimi əlavə çətinlikləri olan uşaqlar üçün gündüz mərkəzləri yaradıb. Lakin bu xidmətlər əsasən böyük şəhərlərdə mövcuddur. Həmçinin, İran Rifah Nazirliyi (Behzisti) bəzi xidmətləri dövlət hesabına təmin edir, amma bu, əsasən ağır hallara və sosial statusu zəif ailələrə şamil olunur.

Rusiya 2013-cü ildən bəri autizm üzrə dövlət proqramlarını tədricən tətbiq edir. Əgər uşaq rəsmi olaraq “xüsusi ehtiyaclı” statusu alırsa, pulsuz psixoloji və pedaqoji dəstək verilə bilər. Lakin bu, məktəbəqədər və məktəb yaşında olan uşaqlar üçündür. Lakin praktikada valideynlər çox zaman xidmətlər çatışmazlığı və keyfiyyətsizliyindən şikayət edirlər.

Gürcüstan son illərdə autizmli uşaqlar üçün bəzi dövlət təşəbbüsləri başlatmış olsa da, dövlət hesabına xidmətlər çox məhduddur. Xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün məktəblərdə və bəzi sosial mərkəzlərdə pulsuz xidmətlər olsa da, bu, geniş yayılmayıb.


Qeyd edək ki, nümunə gətirdiyimiz bu ölkələrdə də Azərbaycanda olduğu kimi ippoterapiyadan istifadə olunur. Gürcüstanda bu yeni tətbiq edilir. Ümumilikdə isə bu üsul heç bir ölkədə əsas müalicə üsulu sayılmır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

End of content

No more pages to load

RADİO