Ehsan vermək, yoxsa bahalı qəbir daşları QADAĞAN OLUNMALIDIR?

Son zamanlar bəzi bölgələrdə yas məclislərində ehsan verilməsinə qadağalar qoyulur. İsrafçı ehsan süfrələrinin aradan qaldırılması təbii ki, təqdir edilməlidir. Bu da təbliğat yolu ilə həyata keçirilməlidir. Amma inzibati yolla ehsana qadağa qoyulması nə İslama, nə də ehsanın fəlsəfəsinə uyğundur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə, ehsan yaxşılıq, xeyriyyəçilik deməkdir:

“Təkcə yemək süfrəsi deyil, ümumiyyətlə hər hansı mümkün üsulla təmənnasız yaxşılıq etməyə dində ehsan deyilir. Təmtəraqlı yas məclislərinin, ehsan adı altında qonaqlıqların yığışdırılması haqda danışılır və israfçılıq olması baxımından bunun doğru olmadığı üzərində durulur. Ancaq dəfələrlə qeyd etmişik ki, bu ənənəni dinimizə uyğunlaşdırmaqla yoluna qoymaq olar.

Belə ki, dinimizə görə “yas yerində yemək yeyilməz yaxud verilməz” deyə də bir anlayış yoxdur. Sadəcə yeməyi yas sahibi hazırlamamalıdır ki, o xərcə-borca düşməsin. Yaxınlar, müsəlmanlar yemək, ərzaq aparmalıdır. Amma bunu da etməyib, üstəlik əvvəlki adəti də ləğv etmək təbii ki, ziddiyyət yaradacaq.

Tutaq ki, uzaq yerdən yol qət edib yasa gələnlər, yaşlı və xəstələr yas yerində bir qurtum su içməməlidir?

Bir zərərli adəti ləğv ediriksə, onun yerinə faydalını qoymalıyıq. Yoxsa onu da ləğv et, buna da imkan yaratma, bu doğru deyil. Digər tərəfdən təmtəraqlı yas məclisi başqadır, ehsan başqa. Tutaq ki, kimsə 50-100 nəfərlik süfrə təşkil edib atasına ehsan verir. Bunun qarşını almaq heç Sovet dövründə də olmayıb. Biz sadəcə təmtəraqlı, yas sahibinin sonra borca düşməsinə səbəb olan məclislərin əleyhinəyik. Yoxsa, ümumiyyətlə ehsan verməmək doğru deyil”.

Müsahibimiz bir maraqlı məsələyə də toxunub:

“Bu günün ən vacib problemlərdən biri də bahalı, təntənəli, təmtəraqlı qəbir daşlarıdır. Müxtəlif məmurların xaricdən gətirdiyi mərmər, daş materiallarının satışı və onların qazancı üçün bu məsələyə toxunulmur. İmkanlı şəxslər, məmurlar qəbristanlıqları zəbt edirlər, böyük və bahalı daşlar qoyaraq kasıbları da buna bir növü təhrik edirlər. Çünki insanlar qüruruna sığışdırmır ki, atasının qəbri zəngin birinin qəbrinin kölgəsində qalsın. Əslində bunun qarşısını almaq lazımdır.
 

Kasıbın ehsan süfrəsi asandır. Əsl çətin olan ehsan mafiyasıdır. Mərasim evləri, xüsusi təşkil olunmuş mərkəzlərdir. Əsl çətin olan qəbir daşları bazardır. İnhisara alınmış sahələrdən biri kimi qəbir daşları bazarı müəyyən şəxslər tərəfindən idarə olunur.


Bu çox böyük bir biznesdir. Amma xalqımıza ən böyük zərər vuran, xərcə salan, borca məcbur edən də bu qəbir daşı ənənəsidir. Sadə və adi daşdan yox, yalnız bahalı mərmərdən daş qoymağı təbii ki, ləğv etmək vacibdir. Bunun qarşısı hökmən alınmalı, standart qəbir daşları olmalıdır bütün vətəndaşlar üçün”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

Sabahın havası: 38 dərəcə isti olacaq

Sabahın havası: 38 dərəcə isti olacaq

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Həqiqətin səsi Şuşadan gələndə

Həqiqətin səsi Şuşadan gələndə

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

End of content

No more pages to load

RADİO