ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın AÇILIŞI OLDU - FOTO

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr olunmuş və Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən Memorial otağın açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin və enerji sahəsində əməkdaşlığın rəmzi olaraq təşkil olunub.
 

Mərasimdə energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, həmçinin hər iki ölkənin dövlət və hökumət rəsmiləri, elm və təhsil sahəsinin nümayəndələri, eləcə də ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.



Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, “PetroVietnam” şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung çıxış edərək Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarından, enerji sahəsindəki birgə layihələrdən və Ho Şi Minin siyasi irsinin bu münasibətlərə təsirindən danışıblar.

Çıxışlar zamanı Ho Şi Minin xalqlar arasında dostluğun və həmrəyliyin təşəkkülündə oynadığı rol vurğulanıb. Ardınca Memorial otağın açılışı olub.

Memorial otağın ekspozisiyasında Ho Şi Minin həyat və fəaliyyətini əks etdirən materiallar, eləcə də Azərbaycan ilə Vyetnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair tarixi sənədlər yer alıb.

Tədbir çərçivəsində otağa baxış keçirilib, nümayəndələr birgə xatirə şəkli çəkdiriblər. Sonda tədbirin əhəmiyyəti vurğulanaraq belə təşəbbüslərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.







































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rezidenturaya hazırlaşanların NƏZƏRİNƏ!

Rezidenturaya hazırlaşanların NƏZƏRİNƏ!

Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?

Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?

Davada xəsarət alan şagirdin SON DURUMU

Davada xəsarət alan şagirdin SON DURUMU

Pezeşkian qubernatorlara tapşırıqlar verdi

Pezeşkian qubernatorlara tapşırıqlar verdi

Ukrayna Rusiyanın iri müdafiə zavodlarından birinə PUA zərbəsi endirdi – VİDEO

Ukrayna Rusiyanın iri müdafiə zavodlarından birinə PUA zərbəsi endirdi – VİDEO

Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Məhkumlarla görüşlərlə bağlı YENİLİK

Məhkumlarla görüşlərlə bağlı YENİLİK

Bakıda qeyri-adi qəza – VİDEO

Bakıda qeyri-adi qəza – VİDEO

Ronaldo “Əl-Əhli” azarkeşlərinin atmacasına belə cavab VERDİ - VİDEO

Ronaldo “Əl-Əhli” azarkeşlərinin atmacasına belə cavab VERDİ - VİDEO

Qazaxıstan vətəndaşı Almaniyada casusluq şübhəsi ilə saxlanıldı

Qazaxıstan vətəndaşı Almaniyada casusluq şübhəsi ilə saxlanıldı

Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi

Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

Bu gün "Neftçi" "Qarabağ"ı sınağa çəkəcək

Bu gün "Neftçi" "Qarabağ"ı sınağa çəkəcək

Moldovadan Rusiyaya qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ – Ukrayna ssenarisi yenidən GÜNDƏMDƏ

Moldovadan Rusiyaya qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ – Ukrayna ssenarisi yenidən GÜNDƏMDƏ

Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdü”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” – VİDEO

Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdü”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” – VİDEO

"Dəfn pulu"nu almaq sabahdan asanlaşdırılır - YENİLİK

"Dəfn pulu"nu almaq sabahdan asanlaşdırılır - YENİLİK

Ukrayna Kerç körpüsünü qoruyan Rusiya katerlərini vurdu – VİDEO

Ukrayna Kerç körpüsünü qoruyan Rusiya katerlərini vurdu – VİDEO

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

End of content

No more pages to load

RADİO