“Ailələr bu yolla uşaqlarının zərərli infomasiyadan qoruya biləcəklər”

“Bu tədbirlər sırasında dünyanın bir sıra ölkələrində tətbiq olunan və müsəlman ölkələrində bəzən “halal internet” adlandırılan texnologiyalardan istifadə etmək olar”

xa0“Qanunun qəbul edilməsi ona görə lazımdır ki, artıq bu yöndə konkret işlər görülsün”.

Bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət ölkə başçısının uşaqların zərərli informasiyadan qorunması ilə bağlı imzaladığı qanuna münasibət bildirərkən deyib. A.Həsrət bildirib ki, bu məsələlərdə təklif olunan internet paketlərindən istifadə edilməlidir:


“İndiki texnologiya əsrində uşaqları zərərli informasiyalardan qorumaq asan məsələ deyil. Nəzərə almalıyıq ki, hətta dünyanın ən mükəmməl qorunan qurumlarına belə bu və ya digər şəkildə xakerlər müdaxilə edə bilirlər. Təbii ki, bu halda tam olaraq qorunmaq mümkünsüz görünür. Hətta bir neçə il öncə xakerlər Pentaqonun məlumat bazasına qədər gedib çıxmışdılar. Amma bütün bunlarla bərabər heç bir addımın atılmaması da doğru deyil, yəni konkret qanunlar və qərarlar qəbul etməklə və müvafiq tapşırıqlar verməklə, bu işin öhdəsindən gəlmək olar. Qanun qəbul edildikdən sonra müvafiq göstərişlər verilir və ardınca da dövlət qurumları bu texnologiyaları işləyib tətbiq etməlidirlər ki, uşaqları zərərli informasiyadan qoruya bilək”.xa0

A.Həsrət bildirib ki, burda dünya praktikasından istifadə etmək lazımdır:

xa0“Bu texnologiyalar dünyanın bir çox ölkələrində mövcuddur və sadəcə onları götürüb milliləşdirib tətbiq etmək lazımdır. Artıq Azərbaycanda Təhsil Nazirliyinin xətti ilə uşaqların zərərli informasiyalardan qorunması istiqamətində addımlar atılıb. Təbii ki, bunlar yetərli deyil və düşünürəm ki, evlərdə, internet klublarda və ayrı-ayrı müəssisələrdə uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görülməlidir. Bu tədbirlər sırasında dünyanın bir sıra ölkələrində tətbiq olunan və müsəlman ölkələrində bəzən “halal internet” adlandırılan texnologiyalardan istifadə etmək olar. Bu texnologiya uşaqlara zərər vura biləcək informasiyaları “süzgəcdən” keçirən internet paketləridir. Yəni ailələr artıq bu paketləri əldə edərək öz uşaqlarının təhlükəsizliyini təmin edə bilərlər. Bu o deməkdir ki, bəlli bir ailəyə, müəssisəyə və internet kluba verilən internet “süzgəcdən” keçirilir və uşaqlar üçün zərərli olduğu müəyyənləşdirilmiş informasiyaların şəbəkəyə buraxılmasının qarşısını alır. Bu texnologiyanı tətbiq etməklə Azərbaycan çox qısa vaxtda problemi həll edə biləcək. Ona görə də ölkə başçısının “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” imzaladığı qanun təqdirəlayiqdir. Qanunun qəbul edilməsi ona görə lazımdır ki, artıq bu yöndə konkret işlər görülsün”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Qəzza zolağında "HƏMAS"ın iki komandirini məhv etdi

İsrail Qəzza zolağında "HƏMAS"ın iki komandirini məhv etdi

Biləcəri stansiyasından Ermənistana qatar YOLA SALINDI

Biləcəri stansiyasından Ermənistana qatar YOLA SALINDI

İstanbulda mağaza önündə partlayış: Polis şübhəliləri axtarır

İstanbulda mağaza önündə partlayış: Polis şübhəliləri axtarır

Ermənistan Rusiya bazarını itirsə, balıq satışından əldə etdiyi gəlirin 98%-indən məhrum olacaq

Ermənistan Rusiya bazarını itirsə, balıq satışından əldə etdiyi gəlirin 98%-indən məhrum olacaq

Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

İlon Mask: "USAID Ukraynadakı inqilabı maliyyələşdirib" - FOTO

İlon Mask: "USAID Ukraynadakı inqilabı maliyyələşdirib" - FOTO

Bakıda mənzildə köməksiz qalan azyaşlı XİLAS EDİLDİ

Bakıda mənzildə köməksiz qalan azyaşlı XİLAS EDİLDİ

Cozef Bayden yenə də səhnədə çıxış yolunu tapmadı - VİDEO

Cozef Bayden yenə də səhnədə çıxış yolunu tapmadı - VİDEO

Rusiyada 3-cü uşağa görə 11 000 dollar VERİLƏCƏK? - TƏKLİF

Rusiyada 3-cü uşağa görə 11 000 dollar VERİLƏCƏK? - TƏKLİF

Krıma DRON HÜCUMU: İstilik Elektrik Mərkəzində yanğın başladı

Krıma DRON HÜCUMU: İstilik Elektrik Mərkəzində yanğın başladı

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi

Argentina hökumətində korrupsiya qalmaqalı: Baş nazir istefa verdi

Argentina hökumətində korrupsiya qalmaqalı: Baş nazir istefa verdi

Təhlükəli motosiklet sürücüsünü polis saxladı

Təhlükəli motosiklet sürücüsünü polis saxladı

İranın ABŞ-ın Bəhreyndəki bazasına vurduğu ziyan AÇIQLANDI

İranın ABŞ-ın Bəhreyndəki bazasına vurduğu ziyan AÇIQLANDI

Messi DÇ-nin bombardiri oldu - VİDEO

Messi DÇ-nin bombardiri oldu - VİDEO

İsrail ordusu Livanda "Hizbullah" yaraqlılarını məhv etdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah" yaraqlılarını məhv etdi - VİDEO

Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO

Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO

Ermənistan İran sərhədi yaxınlığında yeni tunelin tikintisinə başladı

Ermənistan İran sərhədi yaxınlığında yeni tunelin tikintisinə başladı

Polşa Rusiyanın Qdanskdakı keçmiş baş konsulluğunun binasını məhkəmə yolu ilə milliləşdirir

Polşa Rusiyanın Qdanskdakı keçmiş baş konsulluğunun binasını məhkəmə yolu ilə milliləşdirir

Argentina dövlət borcunu ödəməyin yolunu tapdı

Argentina dövlət borcunu ödəməyin yolunu tapdı

Cənubi Koreya təlimlərdə ilk dəfə PUA sürüsünü darmadağın etdi - VİDEO

Cənubi Koreya təlimlərdə ilk dəfə PUA sürüsünü darmadağın etdi - VİDEO

Tramp "The Boys" serialının qəhrəmanı obrazında - FOTO

Tramp "The Boys" serialının qəhrəmanı obrazında - FOTO

Gecə saatlarında Rusiyanın iki neft emalı zavoduna zərbələr endirildi - FOTO-VİDEO

Gecə saatlarında Rusiyanın iki neft emalı zavoduna zərbələr endirildi - FOTO-VİDEO

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

End of content

No more pages to load

RADİO