“İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA

Xəstələnməmək, hər yaşda gümrah, təravətli, gənc görünmək, yaşlanmamaq  üçün insanlar çeşidli yöntəmlər axtarırlar. Bunun üçün həkimə, plastik əməliyyatlara, idman zallarına üz tutan da var, sosial şəbəkələrdə çarə axtaran da...

Təəssüf ki, sonuncular daha çoxdur. Elə bu səbəbdən də sosial şəbəkələrdə elmi əsası olmayan metodlarla sağlamlıq, gəncləşmə vəd edənlərin sayı günü-gündən artır. Xüsusilə insanları gün ərzində bir neçə dəfə soda (çay sodası), perekis (hidrogen peroksid) içməklə cavan qalacağına, ağır xəstəliklərə tutulmayacağına inandıranlar çoxalıb.

Təəssüf ki, onlar arasında özünü həkim adlandıranlar da var.

Bəs, sosial şəbəkə “uzmanlarının” dediyinə əməl etmək nə ilə nəticələnə bilər?

Tanınmış həkim-terapevt Rasif Bağırov Bizim.Media -ya açıqlamasında bildirib ki, bu yöntəmləri doğru sayıb əməl etmək ciddi fəsadlara yol aça bilər:

“Belə paylaşımları, tövsiyələri həkimlərin elədiyinə inanmıram. Güman ki, bunu həkim olmayan, tibbdən uzaq adamlar məsləhət görürlər. İndi sosial şəbəkədə o qədər özündən resept yazan, dərman məsləhət görən “həkim”lik eləyənlər var ki... Ağızlarına gələni danışırlar. Tibbi təhsilləri yoxdur deyə bilmədikləri məsələlərdən yazırlar, danışırlar. Ona inananlar bilmir ki,  sodanı normadan artıq qəbul eləsələr, sağlamlıqlarına ciddi zərər vuracaqlar. Hətta onu sistem şəklində köçürəndə, normadan artıq insanın bədəninə yeridilərsə, toxumaların ertirosiddən, yəni qida daşıyan maddədən oksigeni alması çətinləşir. Onda da xəstədə oksigen çatışmazlığı başlayır.

Bunun özü belə ciddi fəsad verdiyi halda onu səhərdən-axşama qədər necə içmək olar?!

Eyni zamanda soda normadan artıq olanda böyrəklərdə problem yaranır. Sidik daha çox ifraz olunur və qələvilik artır. Nəticədə də mütləq orada kalsium daşları yaranır. Yaxud da mədənin turşuluğu ilə qarışır, orda kalsium karbonat adlı duzlar əmələ gətirir. Həmin duz kristalalrı onikibarmaq bağırsaqda yara, qanaxma riski yaradır. Bunu necə reklam edib faydalı olduğunu demək olar? Hamısı lazımsız və yararsız “tövsiyələr”dir”.

Peroksidə gəlincə, həkim onun da bir başqa fəsadları olduğunu bildirib:

“O da peroksid maddəsidir. Biz xəstəni müalicə edəndə çalışırıq ki, yazdığımız müalicə zamanı  perekis oksidləşməsi  yaranmasın. Peroksid oksidləşməsinin olmaması üçün də dərman yazırıq ki, zədələnmiş sahə böyüməsin. Belə olan halda perekisi necə içmək olar?  Necə ümid etmək olar ki, bu məhlul onu sağlam saxlayacaq?!”

Həkimin fikrincə, bunu elmdən xəbərsiz, cahillər təbliğ edə bilər:

“Əgər onu deyənlərin içərisində  həkim də varsa, demək o da həmin adamlar kimi elmdən uzaq bidir. Bir müddət qabaq ağ nefti belə israrla tövsiyə edirdilər. İndi yapışan o sözü deyənlərin xirtdəyindən ki, noldu, niyə indi içmirsiz bəs onu? Yəni belə qəribə, əsassız, elmdən uzaq məsləhətlər verirlər, xəstə insanlar da onların ağlına uyub ardınca düşürlər ki, bunu eləyək.

Bunun da ən əsas səbəbi odur ki, dərmanlar bahadır. İnsanlar sağalmaq üçün həmin dərmanları ala bilmirlər deyə belə lazımsız, zərərli şeylərə ümid bağlayırlar. Onu reklam edənlər də  belə insanları cəlb edib onların hesabına varlanmağa çalışırlar”.

Rəna Cumaqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

Dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhəri seçildi

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

ABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTO

ABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTO

Şuşaya doğru yol açan səssiz qəhrəmanlar – FOTO

Şuşaya doğru yol açan səssiz qəhrəmanlar – FOTO

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

"Məni ad gününə çağırmadılar"

"Məni ad gününə çağırmadılar"

Türkiyənin ən gözəl qadınını tələb etmişdi - Qalmaqallı açıqlaması ilə gündəm oldu

Türkiyənin ən gözəl qadınını tələb etmişdi - Qalmaqallı açıqlaması ilə gündəm oldu

Magistraturaya maraq AZALIB? – İNFOQRAFİKA

Magistraturaya maraq AZALIB? – İNFOQRAFİKA

Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...

Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...

Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Ən çətin xasiyyətli qayınanalar bu bürclərdən çıxır

Ən çətin xasiyyətli qayınanalar bu bürclərdən çıxır

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

End of content

No more pages to load

RADİO