Yevlax sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprel ayının 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
R.Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur.
Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub.
R.Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.
Bizim.Media
