"Bir gündə iki oğlumu itirdim" - Vardanyanın MƏHKƏMƏSİ - FOTO

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib.
 

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.


Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib:

“Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”.

Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb.

Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib. Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb.

Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar.

Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər.

Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib.
 

ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib.


O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib:

“Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”.

Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib.

İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib.

Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.

Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.




















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

End of content

No more pages to load

RADİO