Qubada 12 yaşlı məktəblini avtomobil vurub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Quba şəhərindəki Azad Məmmədov adına 2 saylı məktəbin 5-ci sinif şagirdi İmran Teymurovu "Ford Fusion" markalı maşın vurub.
Müxtəlif xəsarətlər almış 11 yaşlı məktəbli Quba rayon xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Quba polis şöbəsində faktla bağlı araşdırma başladılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu